--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Kəlbəcərin tarixi və mədəni irsi qızıl və gümüş sikkələrdə əks olunub

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 10:08 1076 baxış

Elpress.az xəbər verir ki, “AzerGold” QSC Kəlbəcərin zəngin təbiətini, qədim tarixini və milli-mədəni irsini əks etdirən yeni qızıl və gümüş xatirə sikkələri kolleksiyasını təqdim edib.


Yeni kolleksiyanın dizaynında Kəlbəcərin folkloru, sənətkarlıq ənənələri və təbii sərvətlərindən ilhamlanan milli ornamentlərdən istifadə olunub.
Sikkənin əsas elementlərindən biri XIX əsrin sonlarına aid Kəlbəcərin qədim xovsuz məfrəşinin ornamentidir. Kompozisiyada bölgənin qədim arıçılıq ənənələrinə və məşhur dağ balına işarə edən arı pətəyi motivinə də yer verilib.
Sikkənin yuxarı və aşağı hissəsindəki 17 simmetrik xətt isə ənənəvi sazın pərdələrini simvolizə edir. Bu element Kəlbəcərin aşıq sənəti və saz ifaçılığı ənənələrinə xüsusi vurğu edir.
Kolleksiyada bölgənin keçmişi ilə yanaşı, onun yenidən qurulması və gələcəyə baxışı da numizmatika sənəti vasitəsilə ifadə olunub.
Kəlbəcər kolleksiyasına müxtəlif çəkilərdə qızıl və gümüş sikkələr daxildir. Qızıl sikkələr 5, 10 və 20 qram, gümüş sikkə isə 20 qram çəkidə hazırlanıb. Məhsullar 999.9 əyarlı Azərbaycanda hasil olunan qızıl və gümüşdən istehsal edilib.
Kolleksiyanı “AzerGold” QSC-nin Bakı şəhərində yerləşən Satış və Mübadilə Mərkəzindən, həmçinin şirkətin onlayn satış platformasından əldə etmək mümkündür.
Qeyd edək ki, Azərbaycanda hasil olunan qızıl və gümüşdən xatirə sikkələrinin və qızıl külçələrin istehsalına 2018-ci ildə başlanılıb. Hazırda şirkətin məhsul portfelində 15 qızıl və 12 gümüş olmaqla, ümumilikdə 27 kolleksiya yer alır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ficidə böyük qalmaqal: Məhkəmə sübutu kimi saxlanılan kokain unla əvəzlənib

Next Article

İlham Əliyev Bakıda keçirilən beynəlxalq Media Forumunun iştirakçılarına müraciət göndərib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan və Pakistan hərbçiləri əməkdaşlığı müzakirə edib

Aysel Əlibəyli 25 Avqust 2026 · 16:24 1056 baxış Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüş keçirib. Elpress.az xəbər verir ki, Müdafiə nazirinin birinci müavini Kərim Vəliyev ölkəmizdə səfərdə […]

Tibb işçilərinin əməyinə yüksək qiymət onların məsuliyyətini artırır

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:38 1040 baxış Binəqədi Tibb Mərkəzinin baş tibb bacısı səhiyyə əməkdaşlarına göstərilən diqqətin əhəmiyyətindən danışıb Elpress.az xəbər verir ki, Tibb işçilərinin əməyinin qiymətləndirilməsi və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində […]

Mehriban Əliyeva Nəriman Həsənzadə ilə bağlı paylaşım etdi

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:19 1064 baxış Birinci vitse-prezident Xalq şairi Nəriman Həsənzadənin vəfatından kədərini ifadə edib Elpress.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı […]