Şair Əli Hacı Ağaevli bu dəfə sözlərlə oxucularına səslənib. O, yeni şeirini şəxsi sosial media hesabında paylaşaraq yaradıcılığının daha bir nümunəsini təqdim edib.
Elpress.az olaraq şairin yeni şeirini oxucularımıza təqdim edirik.
Dur çıx, ey könül,bu dayaz,bu dərin dünyadan
Könül versəndə ona,kordu yerin dünyada !
Alıb,satandan uzaq,ortalığda qalıbsan
Bazara çıxmadan çürüyür,barın dünyada !
Kilsələr qan ağladır,Məçidlər-sığə yeri
Hanı,Haqqımız adına,O,varın dünyada ?!
Durginən,tövbə elə,olmağın adına sən
Belə gedişlə heç,qalmasın yarın dünyada !
Sən gəl,Şeyximizin sözlərini qəbul elə,
Yaşa İman adına,İmanla yeri dünyada !


