Memarın 900 illiyinə həsr olunan bədii-sənədli ekran əsəri postprodakşn mərhələsinə keçib
Elpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Kino Agentliyinin həyata keçirdiyi “Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində hazırlanan növbəti ekran əsərinin çəkilişləri tamamlanıb.Dövlət sifarişi əsasında “Şahdağ Film” tərəfindən lentə alınan “Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filmi görkəmli memar Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunub.Filmin ərsəyə gətirilməsi Azərbaycan Prezidentinin Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi ilə bağlı müvafiq Sərəncamına əsaslanır.Ekran əsərinin çəkilişləri “Azərbaycanfilm” Kinostudiyası ilə yanaşı, Gəncə şəhərində, Qaradağ rayonunda və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində aparılıb.Hazırda film postprodakşn mərhələsindədir. Bu mərhələdə ekran əsərinin montajı, səs və digər texniki işlərinin tamamlanması nəzərdə tutulur.


