--:--:-- | 26 Avqust 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Daşkəsəndə ilk dəfə açıq hava kinoseansı təşkil olundu

Aysel Əlibəyli 03 Avqust 2026 · 11:22 1044 baxış

2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə Daşkəsən rayonunda ilk dəfə açıq hava şəraitində milli kino nümayişi təşkil edilib.

Elpress.az xəbər verir ki, tədbir “AzerGold” QSC və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.Tədbir çərçivəsində Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Neft” tammetrajlı bədii filmi nümayiş etdirilib. Tarixi bioqrafik dram janrında çəkilən ekran əsərinin baş prodüseri Arzu Əliyeva, rejissoru isə Zaur Qasımlıdır.Film Azərbaycanın tanınmış xeyriyyəçisi və sahibkarı Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə həsr olunmuş dördhissəli layihənin ilk hissəsidir.

Ekran əsərində Tağıyevin neft sənayesindəki fəaliyyəti və ölkənin inkişafına verdiyi töhfələr bədii şəkildə əks olunub.Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən Gənclərin Təlim və İstirahət Mərkəzində xüsusi qurulan açıq hava kinoteatrında keçirilən nümayişi 600-dən çox tamaşaçı izləyib.

Qeyd edək ki, “Tağıyev: Neft” filmi Azərbaycanın 98-ci “Oskar” mükafatlarının “Ən yaxşı beynəlxalq tammetrajlı film” nominasiyası üzrə rəsmi namizədi kimi irəli sürülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ağdərədə mina partlayışı: ANAMA əməkdaşları xəsarət aldı

Next Article

“Qarabağ” Pakistanlı gənc futbolçunu heyətinə qatdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Gənc xilasedici” beynəlxalq yarışında Azərbaycan birinci oldu

Aysel Əlibəyli 04 İyul 2026 · 23:01 1086 baxış Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, eləcə də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Gənc xilasedici” XII beynəlxalq yarışı və “Gənc […]

İşə gecikdiyi üçün həbs olunan Azərbaycan rəssamı kim idi?

Aysel Əlibəyli 29 İyun 2026 · 12:40 1114 baxış Cavad Mircavadovun qeyri-adi həyat yolu: 15 yaşında başlayan rəssamlıq macərası Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən biri olan Cavad Mircavadovun həyat […]

Ana dili milli kimliyin əsas dayağıdır

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:09 1026 baxış Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir Elpress.az xəbər verir ki, Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və cəmiyyətdə düzgün istifadəsinin təmin olunması dövlət siyasətinin […]

“Uşaqlar və hüquq” kitabının təqdimatı keçirilib

Aysel Əlibəyli 23 İyun 2026 · 14:03 1090 baxış İyunun 23-də Prezident Kitabxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaqlar və hüquq” adlı maarifləndirici kitabın təqdimatı keçirilib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi […]