--:--:-- | 28 Avqust 2026, Cümə
Son Xəbər
Yüklənir...

“Cəbiş müəllim” obrazının reklamda istifadəsi narazılıq doğurdu

Aysel Əlibəyli 31 İyul 2026 · 18:30 1028 baxış

Süni intellekt vasitəsilə hazırlanmış reklam çarxında Azərbaycanın məşhur film obrazlarından biri olan “Cəbiş müəllim”in istifadəsi ictimai müzakirələrə səbəb olub.

Elpress.az xəbər verir ki, “Rabitəbank” tərəfindən yayımlanan reklam çarxında “Bizim Cəbiş müəllim” filminin məşhur obrazından istifadə edilməsi müəllif hüquqları və mədəni irsə münasibət baxımından tənqid olunub.

Mərhum Xalq artisti Süleyman Ələsgərovun qızı Sevil Ələsgərova bildirib ki, reklam hazırlanarkən ailə ilə heç bir əlaqə saxlanılmayıb və obrazın istifadəsi üçün razılıq alınmayıb. Onun sözlərinə görə, “Cəbiş müəllim” Azərbaycan kinosunun unudulmaz simvollarından biridir və bu cür kommersiya məqsədli istifadəsi məyusedicidir.

Sevil Ələsgərova vurğulayıb ki, belə hallarda müəlliflərin və hüquq varislərinin razılığı alınmalı, milli-mədəni irsə daha həssas yanaşılmalıdır.

Qeyd edək ki, məsələ sosial şəbəkələrdə də geniş müzakirə olunur və reklam çarxı ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Əli Hacıdan yeni şeir: “Qapım açıq qalıb, gətir qəmini…”

Next Article

“Port Baku” yaşayış kompleksində baş verən yanğın söndürüldü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda DREAM FEST 2026 coşqusu davam edir

Aysel Əlibəyli 24 İyul 2026 · 03:15 1036 baxış Sea Breeze Resort növbəti dəfə dünya musiqisinin ulduzlarını bir araya gətirib. Elpress.az xəbər verir ki, DREAM FEST 2026 beynəlxalq musiqi festivalı ənənəvi qırmızı xalça mərasimi ilə […]

Azərbaycanda kitabxana fondunun yarıdan çoxu kiril əlifbasındadır

Aysel Əlibəyli 10 İyun 2026 · 12:04 1112 baxış Azərbaycanda fəaliyyət göstərən kitabxanaların böyük hissəsinin beynəlxalq standartlara uyğun olmadığı açıqlanıb. Elpress.az xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsində keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti […]