--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 14:21 1126 baxış

Qurultayda türk dövlətlərinin musiqi sahəsində birgə layihələri müzakirə olunub

Elpress.az xəbər verir ki, XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib.Azərbaycan Bəstəkarlar İttifaqında təşkil olunan tədbirdə türk dövlətlərindən olan bəstəkar təşkilatlarının rəhbərləri, musiqişünaslar, mədəniyyət və ictimaiyyət nümayəndələri, eləcə də media əməkdaşları iştirak ediblər.Mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxışında qurultayın türk dünyasının yaradıcı potensialını bir araya gətirmək, gənc bəstəkarları dəstəkləmək və ortaq musiqi irsinin təbliğinə töhfə vermək baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, tədbir yeni yaradıcılıq ideyalarının və əsərlərin meydana gəlməsinə, uzunmüddətli əməkdaşlıqların qurulmasına imkan yarada bilər.Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə isə Türk dünyası bəstəkarlarını və musiqi sənətçilərini bir araya gətirəcək ortaq təşkilati strukturun yaradılmasının vacibliyini qeyd edib. O, xüsusilə akademik və ciddi musiqi əsərlərinin beynəlxalq səviyyədə tanıdılmasının əsas hədəflərdən biri olduğunu bildirib.Tədbirdə Türk dünyasının müasir musiqi kataloqunun hazırlanması, bəstəkar əsərlərinin beynəlxalq səviyyədə tanıdılması, nəşriyyatlar, festivallar, studiyalar və peşəkar agentliklərlə əməkdaşlığın genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.Özbəkistan Bəstəkarlar İttifaqının sədri Rüstəm Abdullayev ölkəsində son illərdə Azərbaycan musiqiçilərinin iştirakı ilə çoxsaylı konsertlərin keçirildiyini qeyd edib. O, iki ölkənin bəstəkar və ifaçıları arasında əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bildirib.Tədbirdə həmçinin mədəniyyətin xalqlar arasında əlaqələrin gücləndirilməsində rolu, musiqi irsinin qorunması və yaradıcı əməkdaşlığın genişləndirilməsi məsələləri diqqətə çatdırılıb.Qurultay çərçivəsində türk dövlətlərinin musiqi sahəsində ortaq layihələri və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Türk Dövlətləri Təşkilatının artan rolu: Azərbaycan üçün türk dünyasının strateji əhəmiyyəti

Next Article

Ankara Universitetində Əhməd bəy Ağaoğlunun barelyefi açılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“44” filminin premyera tarixi açıqlanıb

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:51 1066 baxış “44” bədii filminin ilk nümayişi oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçiriləcək Elpress.az xəbər verir ki, “44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub. Filmin ilk nümayişi […]

Akademik Musiqili Teatrda yubiley tamaşası nümayiş etdirilib

Aysel Əlibəyli 16 İyul 2026 · 14:02 1098 baxış Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Elpress.az xəbər verir ki , Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik […]

Heydər Əliyev İrsi Böyük Ehtiramla Anıldı

Aysel Əlibəyli 14 İyun 2026 · 12:37 1148 baxış Müasir Azərbaycanın Xilası: Abşeronda Qurtuluş Günü Zəfər Ruhunda Qeyd Olundu! Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Gününün növbəti ildönümü Abşeron rayonunda […]