--:--:-- | 22 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Bakı beynəlxalq qobelen sənətinə ev sahibliyi edir

Aysel Əlibəyli 09 İyun 2026 · 12:49 1131 baxış

Bakıda qobelen və tekstil sənətinə həsr olunmuş beynəlxalq müsabiqə-sərgi açılıb.

Elpress.az xəbər verir ki, “TOMA – Yaddaşın ilmələri: Xatirədən gələcəyə” adlı layihənin açılış mərasimi Şirvanşahlar Sarayında keçirilib. Sərgi Azərbaycan tekstil sənətinin görkəmli nümayəndəsi, professor Tamila Məmmədovanin xatirəsinə həsr olunub.Tədbiri açan İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, layihə sənətkarın irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.Çıxış edən incəsənət tarixçisi və Polşanın Lodz şəhərindəki Mərkəzi Tekstil Muzeyinin baş kuratoru Marta Kovalevska və Litva Rəssamlar İttifaqının prezidenti Eglė Ganda Bogdanienė layihənin beynəlxalq əməkdaşlıq və sənət mübadiləsi baxımından önəmini vurğulayıblar.“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov bildirib ki, müsabiqəyə 40-dan çox iştirakçı tərəfindən 150-dən artıq əsər təqdim olunub və işlər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib.Layihə çərçivəsində qaliblərin mükafatlandırılması həyata keçirilib, həmçinin Tamila Məmmədovanın həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib.Təşkilatçıların sözlərinə görə, TOMA layihəsi qobeleni yalnız dekorativ sənət deyil, həm də müasir vizual mədəniyyətin bir hissəsi kimi təqdim edərək ənənə ilə müasirlik arasında körpü yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bazarda yoxlama: Tərtərdə reyd keçirildi

Next Article

MEMİM-dən ana dili ilə bağlı yeni təşəbbüs

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Akademik Musiqili Teatrda yubiley tamaşası nümayiş etdirilib

Aysel Əlibəyli 16 İyul 2026 · 14:02 1020 baxış Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Elpress.az xəbər verir ki , Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik […]

Xəyanətə boyun əyməyən patriarxın məşhur tablosu

Aysel Əlibəyli 05 İyul 2026 · 19:57 1032 baxış Bu gün XIX əsr rus rəngkarlığının görkəmli nümayəndələrindən olan Pavel Çistyakovun doğum günü tamam olur. Onun ən məşhur əsərlərindən biri vətənə sədaqət və mənəvi müqaviməti əks […]

DANIŞAN VƏTƏN,YOL QARDAŞI – SABİR BƏY!

Elşən 19 May 2026 · 14:06 1122 baxış Məhəmməd Peyğəmbərimiz İmam Əli haqqında danışarkən belə demişdir:“Ya Əli, sənin doğulduğunu görməsəydim, sənə Allah deyərdim!” Dövrünün elmi-fəlsəfi və poetik düşüncələri ilə hamıdan öndə olan İmam Əliyə Peyğəmbərimiz […]

Türk dünyasının gənc şairləri Ağdamda görüşdü

Aysel Əlibəyli 17 İyul 2026 · 16:13 1019 baxış Vaqif Poeziya Günləri çərçivəsində Ağdamda Türk dünyasının gənc şairlər festivalı keçirilib Elpress.az xəbər verir ki , Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən […]