--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Türkiyə “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizinə qoşulacaq

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:15 1064 baxış

Pərviz Şahbazov Türkiyənin yaşıl enerji dəhlizi layihəsində iştirakının nəzərdə tutulduğunu açıqlayıb

Elpress.az xəbər verir ki, Türkiyənin mərhələli şəkildə 2032-ci ildən istismara verilməsi planlaşdırılan “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsində iştirakı nəzərdə tutulur.Energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda çıxışı zamanı bildirib ki, bu layihə iki ölkə arasında enerji əməkdaşlığının mühüm istiqamətlərindən biridir.Nazirin sözlərinə görə, elektrik enerjisi sahəsində regional əməkdaşlığın genişləndirilməsi Şuşa Bəyannaməsinin müddəalarına uyğundur. Yaradılan enerji dəhlizləri isə regional enerji təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.Pərviz Şahbazov Türkiyə şirkətlərinin Azərbaycanın yaşıl enerji layihələrində iştirakının genişləndiyini qeyd edib. O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə inşa olunan 42 elektrik stansiyasının ilin sonunadək istismara verilməsi planlaşdırılır.Nazir həmçinin Kəlbəcərdə 204 MVt gücündə külək elektrik stansiyasının yaradılması istiqamətində Türkiyə şirkəti ilə ölçmə və qiymətləndirmə işlərinin aparıldığını açıqlayıb.Şahbazov Azərbaycanın təmiz enerji gələcəyinə keçid prosesində Türkiyə ilə əməkdaşlığı strateji prioritet hesab etdiyini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakının və Abşeronun bəzi ərazilərində işıq olmayacaq

Next Article

Şəfiqə Məmmədova: Kino sahəsində inkişaf var

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dünya birjalarında neftin qiymətində artım qeydə alınıb.

Aysel Əlibəyli 10 Avqust 2026 · 09:38 1078 baxış Elpress.az xəbər verir ki, Londonun ICE qitələrarası birjasında “Brent” markalı neftin 2026-cı ilin oktyabr ayı üzrə fyuçerslərinin qiyməti 0,39% artaraq 1 barel üçün 83,88 ABŞ dolları […]

Neft kəskin ucuzlaşıb

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 06:06 1092 baxış Regiondan gündəlik neft axını son 10 gündə orta hesabla 17,1 milyon barrel olub Elpress.az xəbər verir ki, Neftin qiymətində kəskin ucuzlaşma qeydə alınıb. Son 10 gün […]