--:--:-- | 07 Avqust 2026, Cümə
Son Xəbər
Yüklənir...

Süni intellekt və dronlar neft infrastrukturuna nəzarəti gücləndirir

Aysel Əlibəyli 21 İyun 2026 · 19:54 1140 baxış

Müasir texnologiyaların tətbiqi neft infrastrukturunda monitorinq imkanlarını genişləndirərək risklərin daha tez aşkarlanmasına şərait yaradır.

Dübəndi çimərliyində baş verən hadisələrə bənzər ekoloji risklərin qarşısının alınması üçün davamlı monitorinq sistemlərinin və müasir nəzarət texnologiyalarının tətbiqi mühüm əhəmiyyət daşıyır.Ekspert bildirib ki, ekoloji təhlükələrin minimuma endirilməsi üçün operativ reaksiya vacibdir və bu istiqamətdə SOCAR tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, hazırda monitorinq sistemləri fəaliyyət göstərsə də, rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi bir dövrdə süni intellekt və pilotsuz uçuş aparatlarından istifadənin genişləndirilməsi daha effektiv nəticələr verə bilər.Qeyd olunub ki, süni intellekt əsaslı həllər və dron texnologiyaları potensial təhlükələri daha erkən aşkar etməyə, hadisələrə daha sürətli müdaxilə göstərməyə və mümkün zərərin miqyasını azaltmağa imkan yaradır.Ekspert vurğulayıb ki, müasir müşahidə vasitələrinin tətbiqi neft infrastrukturunun təhlükəsizliyinin artırılması, ətraf mühitin qorunması və risklərin idarə olunması baxımından böyük əhəmiyyət daşıyır.O bildirib ki, bu tip hadisələr dünyanın müxtəlif ölkələrində, o cümlədən inkişaf etmiş dövlətlərdə də baş verir. Belə vəziyyətlərdə əsas məqsəd operativ reaksiya göstərmək, nəticələri nəzarət altına almaq və ekoloji təsirləri minimuma endirməkdir.Ekspert E.Qəribli qeyd edib ki, ciddi iqtisadi itkilərin gözlənilmədiyi halda, müəyyən ekoloji təsirlər yarana bilər. Lakin müasir texnologiyaların tətbiqi ilə bu zərərləri azaltmaq və hadisələrin qarşısını daha effektiv şəkildə almaq mümkündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tanınmış vəkil Rəfail Mənsimzadə vəfat etdi

Next Article

Bekhem ailəsindən Atalar Gününə özəl paylaşım

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bitcoin 62 min dolları geridə qoydu

Aysel Əlibəyli 11 İyun 2026 · 08:03 1086 baxış Kriptovalyuta bazarında son günlər müşahidə olunan geriləmədən sonra yenidən artım tendensiyası qeydə alınıb. Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 […]

Rayon pensiyaçıları üçün ödəniş tarixi bəlli oldu

Aysel Əlibəyli 16 İyun 2026 · 15:49 1142 baxış Rayonlarda qeydiyyatda olan pensiyaçıların bu ay üzrə pensiya ödənişlərinin ən gec 19-dək həyata keçirilməsi planlaşdırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu […]

Azər Türk Bank qlobal bankçılıq sammitinə qatıldı

Aysel Əlibəyli 10 İyun 2026 · 16:51 1098 baxış Dövlət bankı Azər Türk Bank Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” forumunda rəsmi tərəfdaş qismində iştirak edib. Elpress.az FED.az-a […]