--:--:-- | 20 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Pensiya kapitalının bir hissəsinin varislərə verilməsi təklif olunur

Aysel Əlibəyli 19 Avqust 2026 · 20:28 1036 baxış

Deputat pensiya yaşına çatmadan vəfat edən şəxslərin kapitalından ailələrinin yararlanmasını təklif edib

Elpress.az xəbər verir ki, Azərbaycanda pensiya kapitalından istifadə imkanlarının genişləndirilməsi və vətəndaş vəfat etdikdən sonra toplanmış vəsaitin taleyi ilə bağlı yeni təklif irəli sürülüb.Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, vətəndaş pensiya yaşına çatmadan dünyasını dəyişdikdə onun topladığı pensiya kapitalının müəyyən hissəsinin, ən azı 30 faizinin varisinin hesabına köçürülməsi mümkün ola bilər.Deputatın sözlərinə görə, hazırda pensiya ödənişləri ilə pensiya kapitalına yanaşma fərqlidir. Şəxs pensiya aldığı müddətdə vəfat etdikdə müəyyən hallarda onun həyat yoldaşı və ya qanunvericiliyin tələblərinə cavab verən övladları ödənişlərdən yararlana bilirlər. Lakin toplanmış pensiya kapitalının varislərə ötürülməsi ilə bağlı ayrıca mexanizmin yaradılması təklif edilir.Vüqar Bayramov qeyd edib ki, müxtəlif ölkələrin təcrübələri də araşdırılıb. Onun sözlərinə görə, Sinqapur və Qazaxıstan kimi ölkələrdə pensiya kapitalından pensiya yaşına qədər müəyyən məqsədlər üçün istifadə imkanları mövcuddur. Bu vəsait bəzi hallarda daşınmaz əmlak, kredit ödənişləri və təhsil xərclərinə yönəldilə bilər.Deputat Azərbaycanda da minimum və orta pensiya kapitalı anlayışlarının tətbiq olunmasını təklif edib. Təklifə əsasən, vətəndaş minimum və orta pensiya kapitalını formalaşdırdıqdan sonra həmin məbləğdən artıq topladığı vəsaitdən pensiya yaşına çatmadan müəyyən istiqamətlər üzrə istifadə edə bilər.Bayramovun fikrincə, belə bir sistem həm şəxsin gələcək pensiya təminatını qorumağa, həm də topladığı vəsaitdən daha çevik istifadə etməsinə imkan verə bilər.O, pensiya yaşına çatmadan vəfat edən şəxslərin kapitalının müəyyən hissəsinin varislərə ötürülməsinin sosial və iqtisadi baxımdan əhəmiyyətli olduğunu vurğulayıb. Bildirib ki, bu mexanizm insanların rəsmi əmək münasibətlərinə marağını da artıra bilər.Deputat hesab edir ki, vətəndaş topladığı pensiya kapitalının gələcəkdə yalnız öz pensiya təminatına deyil, dünyasını dəyişəcəyi halda ailəsinə və övladlarına da fayda verə biləcəyini bildikdə əmək müqaviləsi ilə işləməyə və gəlirlərini rəsmiləşdirməyə daha çox maraq göstərə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanın kartof ixracı 30 milyon dollara yaxınlaşıb

Next Article

Naxçıvanda bəzi ərazilərdə elektrik kəsiləcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dünya birjalarında neftin qiymətində artım qeydə alınıb.

Aysel Əlibəyli 10 Avqust 2026 · 09:38 1046 baxış Elpress.az xəbər verir ki, Londonun ICE qitələrarası birjasında “Brent” markalı neftin 2026-cı ilin oktyabr ayı üzrə fyuçerslərinin qiyməti 0,39% artaraq 1 barel üçün 83,88 ABŞ dolları […]

Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara çatır

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 11:15 1022 baxış Elpress.az xəbər verir ki, Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi sentyabrın 1-nə 90 milyard 769,7 milyon ABŞ dollarına yüksəlib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkənin strateji valyuta […]

Bakı–Tbilisi qatarının bilet qiymətləri açıqlandı

Elşən 20 May 2026 · 15:07 1158 baxış Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının bilet qiymətləri açıqlanıb və tariflər sərnişinlərin seçdiyi məsafə ilə komfort səviyyəsinə uyğun müəyyənləşdirilib. Komfort sinfi üzrə biletlərin qiyməti 51 manatdan başlayır və […]

AMB BOKT-lar üçün yeni borclanma hədləri müəyyən edib

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 15:59 1026 baxış BOKT-ların öhdəliklərinin kapitala nisbəti üzrə 1, 3 və 10 misli hədlər tətbiq olunacaq Elpress.az xəbər verir ki, Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) borclanması ilə bağlı […]