--:--:-- | 13 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

OpenAI Azərbaycanda vergi uçotuna alınıb

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:43 1040 baxış

OpenAI ilə yanaşı, daha iki beynəlxalq rəqəmsal xidmət şirkəti Azərbaycanda ƏDV qeydiyyatına alınıb

Elpress.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq rəqəmsal xidmət təchizatçılarının vergi uçotuna alınması prosesi genişləndirilir. Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha üç xarici şirkətin qeydiyyatı tamamlanıb.Dövlət Vergi Xidmətindən verilən məlumata görə, yeni vergi uçotuna alınan şirkətlər Niderlandın “Zoho Corporation B.V.”, ABŞ-nin “Zoom Communications, Inc.” və “OpenAI OpCo, LLC” şirkətləridir. Sözügedən şirkətlərin ƏDV məqsədləri üçün qeydiyyatı 1 sentyabr 2026-cı ildən qüvvəyə minəcək.Vergi Məcəlləsinə bu il edilən dəyişikliklərə əsasən, sentyabrdan etibarən Azərbaycanda elektron ticarət vasitəsilə xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarından çox olan qeyri-rezident rəqəmsal xidmət təchizatçılarının vergi orqanında elektron qeydiyyatdan keçməsi məcburi olacaq.Qeydiyyata alınan qeyri-rezident şirkətlər ƏDV öhdəliklərini özləri yerinə yetirəcək, vergini hesablayaraq bəyan edəcək və dövlət büdcəsinə ödəyəcəklər. Yeni qaydaya əsasən, həmin şirkətlərə edilən ödənişlər zamanı ƏDV-nin banklar tərəfindən tutulmasına ehtiyac qalmayacaq.Dövlət Vergi Xidməti bildirir ki, tətbiq edilən yeni mexanizm rəqəmsal xidmətlər sektorunda vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə, vergi öhdəliklərinin icrasının asanlaşdırılmasına və şəffaflığın artırılmasına yönəlib.Hazırda Azərbaycanda elektron ticarət formasında xidmət göstərən digər qeyri-rezident rəqəmsal xidmət təchizatçılarının da məlumatlandırılması və vergi uçotuna alınması istiqamətində işlər davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Eternity-2026” təliminə hazırlıq tamamlanıb

Next Article

Xarkovda ticarət mərkəzinə dron zərbəsi: ölən və yaralananlar var

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasını yaradıb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:23 1014 baxış Azərbaycan Dövlət Neft Fondu aparıcı suveren investorlarla yeni investisiya platforması təsis edib Elpress.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bir sıra aparıcı suveren […]

“Azəralüminium”un ixracı 46 faizə yaxın artıb

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:45 1042 baxış Şirkətin yeddi aylıq ixrac gəlirləri 111,9 milyon dollara yüksəlib Elpress.az xəbər verir ki, “Azəralüminium” MMC-nin bu ilin ilk yeddi ayı ərzində ixrac göstəricilərində əhəmiyyətli artım qeydə […]

Gömrük statistikası Kənd Təsərrüfatı Nazirliyinə də təqdim ediləcək

Aysel Əlibəyli 14 Avqust 2026 · 13:36 1034 baxış Xarici ticarət üzrə gömrük məlumatlarının təqdim olunduğu dövlət qurumlarının siyahısı genişləndirilib Elpress.az xəbər verir ki, Azərbaycanda xarici ticarətə dair gömrük statistikası məlumatlarının təqdim ediləcəyi dövlət qurumlarının […]

Azərbaycan və Almaniya “yaşıl hidrogen” layihəsində birləşir

Aysel Əlibəyli 06 İyun 2026 · 13:07 1154 baxış Azərbaycan və Almaniya enerji sahəsində əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün “yaşıl hidrogen” də daxil olmaqla bir sıra layihələr üzərində işləyir. Elpress.az xəbər verir ki, bu […]