--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Kəlbəcər–Laçın yolunda işlərin yarıdan çoxu tamamlanıb

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:33 1092 baxış

75,8 kilometrlik avtomobil yolunda 17 tunel, 7 viaduk və 14 körpünün tikintisi aparılır

Elpress.az xəbər verir ki, Kəlbəcər–Laçın avtomobil yolunun tikintisi üzrə nəzərdə tutulan işlərin 50 faizindən çoxu artıq yerinə yetirilib.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, mürəkkəb dağlıq ərazidən keçən yeni yolun uzunluğu 75,8 kilometr olacaq. I–II texniki dərəcəli yolun 2–4 hərəkət zolağından ibarət olması nəzərdə tutulur.Layihə çərçivəsində 17 tunel, 7 viaduk, 14 körpü və 212 suötürücü keçid inşa edilir. Ümumi uzunluğu 13 kilometrdən çox olan tunellərin hamısında qazma işləri başa çatdırılıb, onlardan 12-də betonlama işləri də yekunlaşıb.Hazırda tikinti ərazisində 2 085-dən çox işçi və 509 texnika fəaliyyət göstərir.Yeni avtomobil yolunun istifadəyə verilməsi Kəlbəcərlə Laçın arasındakı məsafəni 31,98 kilometr qısaldacaq. Yolun həmçinin bölgədə yeni nəqliyyat əlaqələrinin və dəhlizinin formalaşmasına töhfə verməsi gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xalq artisti Simarə İmanova yeni imici ilə gündəmdə

Next Article

Ömər Eldarov: “Sənətdə ən vacib prinsip səmimiyyətdir”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ADY Çinlə yeni lokomotiv razılaşması imzalayıb

Aysel Əlibəyli 23 İyun 2026 · 14:12 1122 baxış Azərbaycan Dəmir Yolları (ADY) lokomotiv parkının yenilənməsi məqsədilə Çin Xalq Respublikasında yeni əməkdaşlıq addımları atıb. ADY nümayəndə heyəti səfər çərçivəsində CRRC Ziyang Co., Ltd şirkətinin rəhbərliyi […]

Kürdəmirə yeni klaster müəssisəsi qazandırıldı

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 19:57 1094 baxış Kürdəmir rayonunda avtomobil təmiri və texniki xidmət sahəsində fəaliyyət göstərəcək yeni klaster müəssisə istifadəyə verilib. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Atakişili kəndində yaradılan müəssisə “PeşəCar” […]

İran neft satışından 7,5 milyard dollar gəlir əldə edib

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:31 1072 baxış Neft gəlirlərindən Mərkəzi Banka 7,5 milyard dollar vəsait köçürülüb Elpress.az xəbər verir ki, İran cari ilin ilk dörd ayı ərzində neft satışından 7,5 milyard ABŞ dolları […]