--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

Dünya Bankı: Regional inteqrasiya ölkələrin gələcəyinə yol açır

Aysel Əlibəyli 16 İyun 2026 · 15:11 54 baxış

Regional inteqrasiya dövlətlərə daha güclü əməkdaşlıq quraraq gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək imkanı yaradır.

Dünya Bankının Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə Strategiya və Əməliyyatlar bölməsinin direktoru Bouseina Quermazi regional inteqrasiyanın ölkələrin iqtisadi və sosial inkişafında mühüm rol oynadığını bildirib.O, Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il İllik Toplantısı çərçivəsində təşkil olunan “IsDB regionlarında regional inteqrasiyanın hərəkətverici qüvvələri” adlı panel müzakirəsində çıxışı zamanı qeyd edib ki, regional inteqrasiya yalnız fiziki infrastrukturun və bazar əlaqələrinin genişləndirilməsi ilə məhdudlaşmır. Bu proses ölkələr arasında daha sıx əməkdaşlığın qurulmasına, yeni imkanların yaradılmasına və ortaq inkişaf strategiyalarının formalaşdırılmasına xidmət edir.Bouseina Quermazinin sözlərinə görə, ölkələr qonşularını seçə bilməsələr də, qarşılıqlı əməkdaşlıq vasitəsilə öz gələcəklərini müəyyənləşdirmək imkanına malikdirlər. Regional inteqrasiya məhz bu məqsədə çatmaq üçün mühüm vasitələrdən biridir.O bildirib ki, regional əməkdaşlığın əsas istiqamətlərindən biri nəqliyyat, enerji və rəqəmsal bağlantıların gücləndirilməsidir. Xüsusilə dənizə çıxışı olmayan ölkələr üçün bu cür əlaqələrin inkişaf etdirilməsi onların beynəlxalq bazarlara çıxış imkanlarını artırır və iqtisadi imkanlarını genişləndirir.Dünya Bankının nümayəndəsi vurğulayıb ki, regional inteqrasiya ölkələrə daha əlverişli resurslara çıxış əldə etməyə, yeni iş yerlərinin yaranmasına və davamlı iqtisadi artımın təmin olunmasına şərait yaradır. Bununla yanaşı, bu proses yalnız infrastruktur layihələrindən ibarət deyil, həmçinin bazarların, xidmətlərin və insanların sərbəst hərəkət imkanlarının daha səmərəli şəkildə əlaqələndirilməsini nəzərdə tutur.Onun sözlərinə görə, iqlim dəyişiklikləri, pandemiyalar və digər qlobal problemlər tək bir ölkənin səyləri ilə tam həll edilə bilməz. Bu səbəbdən regional əməkdaşlıq və birgə fəaliyyət müasir dövrdə qarşıya çıxan transmilli çağırışların aradan qaldırılması üçün əsas amillərdən biri hesab olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Məktəbli forması məcburi olur: qaydalara əməl etməyənləri nə gözləyir?

Next Article

İlham Bayramov: Aqrar sektor üzrə yeni hədəflər müəyyənləşdirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Süni İntellektlə Qlobal Təhsil Fürsətləri

Aysel Əlibəyli 05 İyun 2026 · 15:09 111 baxış Süni intellekt texnologiyalarının tətbiqi milli iqtisadiyyatların inkişafına mühüm töhfə versə də, bu proses sosial dayanıqlılığın qorunması və müvafiq sahələrdə davamlı islahatların həyata keçirilməsi baxımından xüsusi həssaslıq […]

Azərbaycanda təkafulun tətbiqi genişlənir

Aysel Əlibəyli 18 İyun 2026 · 16:34 92 baxış Eyvaz Cəfərli İslam maliyyəsi sahəsində təkaful sisteminin mühüm rol oynadığını bildirib. Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, “Saf Təkaful Sığorta və Təkrarsığorta Brokeri” MMC-nin direktoru təkafulun […]

Birjasında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

Elşən 22 May 2026 · 09:35 60 baxış Əmtəə bazarlarında qızıl fyuçerslərinin qiymətində enmə müşahidə olunub. Elpress.az-ın məlumatına görə, COMEX birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçersləri 0,28 faiz ucuzlaşaraq 4 529,6 […]

İdxal-ixrac prosedurları tam elektron müstəviyə keçdi

Aysel Əlibəyli 07 İyun 2026 · 13:11 111 baxış Rəqəmsallaşma qida təhlükəsizliyi sahəsində yeni dövrün əsasını qoyaraq, nəzarət və keyfiyyət proseslərini daha çevik, şəffaf və etibarlı mərhələyə daşıyıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı […]