--:--:-- | 26 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Dənizdə neft sızmalarının qarşısının alınmasında monitorinq vacibdir

Aysel Əlibəyli 21 İyun 2026 · 19:37 1116 baxış

Ekspert dənizdə boru xətlərinə nəzarətin ekoloji risklərin azaldılmasında mühüm rol oynadığını bildirib.

Dənizdə neft sızmalarının vaxtında aşkarlanması və aradan qaldırılması ekoloji təhlükələrin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.Ekspert Xalid Kərimli bildirib ki, SOCAR tərəfindən həyata keçirilən davamlı monitorinq və operativ müdaxilə tədbirləri həm ətraf mühitin qorunmasına, həm də mümkün iqtisadi itkilərin qarşısının alınmasına xidmət edir.Onun sözlərinə görə, belə hallarda sürətli reaksiya dənizin biomüxtəlifliyinin və ekosisteminin qorunmasına, sahil ərazilərində ekoloji vəziyyətin pisləşməsinin qarşısının alınmasına imkan yaradır. Eyni zamanda, vaxtında görülən tədbirlər təmizləmə işlərinin həcmini və maliyyə xərclərini azaldır.X.Kərimli qeyd edib ki, dünyada bu kimi hadisələr baş verə bilər, lakin əsas məsələ onların qarşısının alınması və nəticələrinin operativ aradan qaldırılmasıdır. Bu məqsədlə texniki təhlükəsizlik tədbirlərinə və boru xətlərinin mütəmadi monitorinqinə xüsusi diqqət ayrılmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ-da təyyarə qəzası: 3 İsrail vətəndaşı öldü

Next Article

“Goal” dünya çempionatlarının ən yaxşı 10 futbolçusunu açıqladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İqtisadi Şuradan Ələt Zonasına yeni tapşırıqlar

Aysel Əlibəyli 11 İyun 2026 · 18:00 1062 baxış İyunun 11-də Baş nazir Əli Əsədovin rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası baş tutub. Görüş zamanı ölkənin iqtisadi inkişafı ilə bağlı mühüm məsələlər müzakirə olunub və […]

Qoyun əti ixracı artırılır – 2030 hədəfi açıqlanıb

Aysel Əlibəyli 23 İyun 2026 · 13:51 1060 baxış İlhamə Qədimova Saatlı rayonunda keçirilən regional müşavirədə ölkədə qoyunçuluğun inkişafı və ixrac imkanlarının genişləndirilməsi ilə bağlı yeni hədəfləri açıqlayıb. Qeyd olunub ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, […]

Azərbaycanlı turistlər Gürcüstana daha çox gəlir qazandırdı

Aysel Əlibəyli 20 İyul 2026 · 17:20 1018 baxış Azərbaycanlı turistlərdən Gürcüstanın turizm gəlirləri 4,9 faiz artdı Elpress.az xəbər verir ki, Bu ilin ilk yarısında Gürcüstanın turizm sektorunun azərbaycanlı turistlərdən əldə etdiyi gəlir 107,6 milyon […]