--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Bu ilin 8 ayında pensiya ödənişlərinə 5,2 milyard manat ayrılıb

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:35 1086 baxış

Pensiyaların orta aylıq məbləği 10 faiz artaraq 596 manata yüksəlib

Elpress.az xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda pensiya ödənişlərinə 5 milyard 222 milyon manat vəsait yönəldilib.Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 488 milyon manat və ya 10 faiz çoxdur.Cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. Sentyabrın 1-nə olan məlumata görə, ölkə üzrə orta aylıq pensiya məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artaraq 596 manata çatıb. Yaşa görə orta aylıq pensiyanın məbləği isə 634 manat təşkil edib.Bundan başqa, ilin ilk 8 ayında 26 min pensiya təyinatı elektron sistem vasitəsilə proaktiv qaydada həyata keçirilib. Elektron pensiya təyinatına başlanılan 2019-cu ilin əvvəlindən indiyədək bu qaydada 205 min pensiya təyin olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Naxçıvanda 6 981 qadın sahibkar fəaliyyət göstərir

Next Article

Çin husilərlə bağlı İrandan yardım istəyib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nyu-York birjasında təbii qaz bahalaşıb

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 09:40 1138 baxış Oktyabr fyuçerslərinin qiyməti 1 milyon BTU üçün 2,84 dollara yüksəlib Elpress.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaz üzrə fyuçerslərin qiymətində artım qeydə alınıb.2026-cı […]

AzerGold QSC yerli gümüş külçələrin istehsalına başlayır

Elşən 25 May 2026 · 09:36 1241 baxış AzerGold QSC ilk dəfə yerli xammal əsasında hazırlanmış 999,9 əyarlı gümüş külçələri satışa çıxarmağa hazırlaşır. Şirkətdə məhsulların istehsal mərhələsinə artıq start verildiyi bildirilib. Elpress.az bildirir ki, bunu […]

Azərbaycanda pul bazası 24,2 milyard manatı ötüb

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:09 1038 baxış Elpress.az xəbər verir ki, sentyabrın 1-nə Azərbaycanda pul bazasının həcmi 24 milyard 238,8 milyon manata çatıb.Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən, aylıq müqayisədə pul bazasında 296,2 […]