--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

AZAL-ın uçuş sayı üç ildə iki dəfəyə yaxın artıb

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:56 1062 baxış

AZAL 2025-ci ildə 35 mindən çox uçuş həyata keçirib

Elpress.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) illik uçuşlarının sayı son üç ildə əhəmiyyətli artım nümayiş etdirib. Şirkət 2022-ci ildə təxminən 18 min uçuş həyata keçirdiyi halda, 2025-ci ildə bu göstərici 35 mini ötüb.Bu barədə Bakı İqlim Həftəsi çərçivəsində keçirilən iqlim maliyyəsi ilə bağlı panel müzakirəsində AZAL-ın ESG məlumatlarının idarə edilməsi üzrə biznes tərəfdaşı Məhəmməd Əliyev məlumat verib.Onun sözlərinə görə, aviasiya sektorunda sərnişin axınının, yeni istiqamətlərin və uçuşların sayının artması ilə paralel olaraq iqlim və emissiyalarla bağlı tələblər də sərtləşir. Karbon məsələsi artıq yalnız ekoloji problem kimi deyil, həmçinin şirkətlərin biznes və maliyyə qərarlarına təsir edən amil kimi qiymətləndirilir.Məhəmməd Əliyev bildirib ki, karbon bazarlarının inkişafı satınalma, yanacaq strategiyası, uçuşların planlaşdırılması və uzunmüddətli investisiya qərarlarına da təsir göstərir. Bununla yanaşı, karbon qiymətlənməsi üzrə vahid qlobal sistem hələ formalaşmayıb və müxtəlif ölkə və regionlarda fərqli yanaşmalar tətbiq olunur.AZAL nümayəndəsi Paris Sazişinin 6-cı maddəsi çərçivəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətinin artdığını da qeyd edib. Bu mexanizm emissiyaların azaldılması nəticələrinin beynəlxalq səviyyədə istifadə edilməsinə imkan yaradır.Karbon kreditləri ilə bağlı yanaşmaların da dəyişdiyi bildirilib. Hazırda kreditlərin yalnız qiyməti deyil, onların növü, tətbiq olunan metodologiya, yoxlama tələbləri və istifadə məqsədləri də əsas meyarlar sırasında yer alır. Aviasiya sektorunda isə bütün karbon kreditlərindən istifadə mümkün deyil və bu istiqamətdə uyğunluq tələbləri müəyyənləşdirilib.Şirkətin 2050-ci ilədək xalis sıfır emissiyaya nail olmaq strategiyasına toxunan Məhəmməd Əliyev əsas istiqamətlərin daha səmərəli təyyarələrin alınması, dayanıqlı aviasiya yanacağından istifadə və uçuşların optimallaşdırılması olduğunu bildirib.Onun sözlərinə görə, yeni nəsil təyyarələrin istifadəsi emissiyaların 15–20 faiz azalmasına şərait yarada bilər. Bundan əlavə, ötən ildən Avropa istiqamətində həyata keçirilən uçuşlarda 2 faiz dayanıqlı aviasiya yanacağından istifadə edilir. Bu göstəricinin 2050-ci ilədək təxminən 30 faizə çatdırılması planlaşdırılır.AZAL rəsmisi vurğulayıb ki, karbon bazarı aviasiyanın dekarbonizasiya strategiyasını əvəz edən mexanizm deyil, ümumi strategiyanın tərkib hissələrindən biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“44” filminin premyera tarixi açıqlanıb

Next Article

Azad edilmiş ərazilərdə 168 mina aşkarlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan–Çexiya əməkdaşlığı genişlənir

Aysel Əlibəyli 22 İyul 2026 · 18:31 1118 baxış Elpress.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Çexiyanın aqrar-sənaye sektorunda fəaliyyət göstərən “Agrofert” Şirkətlər Qrupunun Direktorlar Şurası sədrinin müavini Peter Singr ilə görüş keçirib. Görüş […]

İqtisadi Şuradan Ələt Zonasına yeni tapşırıqlar

Aysel Əlibəyli 11 İyun 2026 · 18:00 1202 baxış İyunun 11-də Baş nazir Əli Əsədovin rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası baş tutub. Görüş zamanı ölkənin iqtisadi inkişafı ilə bağlı mühüm məsələlər müzakirə olunub və […]

“Azeri Light” neftinin qiyməti yenidən ucuzlaşıb

Aysel Əlibəyli 06 Avqust 2026 · 09:59 1086 baxış Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində növbəti eniş qeydə alınıb. Elpress.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,64 ABŞ […]

İlham Bayramov: Aqrar sektor üzrə yeni hədəflər müəyyənləşdirilib

Aysel Əlibəyli 16 İyun 2026 · 15:14 1180 baxış Ağcabədidə Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarının nümayəndələrinin iştirakı ilə aqrar sahə üzrə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib. Görüşdə proqramın əsas […]