--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycanın kartof ixracı 30 milyon dollara yaxınlaşıb

Aysel Əlibəyli 19 Avqust 2026 · 20:24 1044 baxış

İlin ilk 7 ayında 77 min tondan çox kartof xarici bazarlara göndərilib

Elpress.az xəbər verir ki, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan xarici bazarlara 77,4 min ton kartof ixrac edib.Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixrac olunan kartofun ümumi dəyəri 29,7 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə kartof ixracının həcmi 6,6 min ton və ya 9,2 faiz, dəyəri isə 1,6 milyon dollar və ya 5,5 faiz artıb.Kartof ixracından əldə olunan gəlirin Azərbaycanın ümumi ixrac gəlirlərində payı isə nisbətən aşağı olub.Hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi 29 milyard 216 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artıb.Yanvar-iyul aylarında ölkənin ixracı 19 milyard 336 milyon dollar, idxalı isə 9 milyard 881 milyon dollar olub. İllik müqayisədə ixrac 27 faiz artdığı halda, idxal 27,4 faiz azalıb.Nəticədə Azərbaycanın xarici ticarət balansında 9 milyard 455 milyon dollar həcmində müsbət saldo formalaşıb. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə çoxdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gəncədə 26 yaşlı şəxsin meyiti evində aşkarlanıb

Next Article

Pensiya kapitalının bir hissəsinin varislərə verilməsi təklif olunur

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Quş qripi və Nyukasl: vəziyyət sabitdir – AQTA

Aysel Əlibəyli 09 İyun 2026 · 18:18 1164 baxış Quş qripinin qarşısının alınması məqsədilə hazırlanmış Fəaliyyət Planına uyğun olaraq, 2025-ci ilin noyabr və dekabr aylarında, eləcə də cari ilin yanvar–may aylarında ölkə ərazisində, o cümlədən […]

Azərbaycan neftinin qiymətində kəskin artım qeydə alındı

Aysel Əlibəyli 30 İyul 2026 · 12:06 1068 baxış Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Elpress.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin dəyəri əvvəlki ticarət sessiyası ilə müqayisədə 6,97 ABŞ […]

“AzerGold” QSC IV Şuşa Qlobal Media Forumunda təmsil olunub

Aysel Əlibəyli 15 İyul 2026 · 17:52 1080 baxış “AzerGold” QSC IV Şuşa Qlobal Media Forumu çərçivəsində qızıl və gümüş məhsullarından ibarət xüsusi kolleksiyalarını nümayiş etdirib. Elpress.az xəbər verir ki, Forum iştirakçılarına şirkətin fəaliyyəti və […]