--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycanda lazer hamarlamanın tətbiqi genişləndirilir

Aysel Əlibəyli 16 İyun 2026 · 11:32 78 baxış

Azərbaycanda kənd təsərrüfatında su ehtiyatlarından səmərəli istifadənin artırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə müasir texnologiyaların tətbiqi genişləndiriləcək.

Elpress.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Qubada keçirilən regional müşavirədə deyib.Onun sözlərinə görə, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müasir suvarma sistemlərinin tətbiqi əsas prioritetlərdən biri kimi müəyyən edilib.Nazir müavini bildirib ki, pivot, damlama, mikroyağmurlama və sprinkler suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. Hazırda ölkədə müasir suvarma sistemləri 130 min hektar ərazini əhatə edir və 2030-cu ilədək bu göstəricinin 300 min hektara çatdırılması planlaşdırılır.Seymur Səfərli qeyd edib ki, proqram çərçivəsində fermerlərə müasir suvarma sistemlərinin güzəştli şərtlərlə təqdim edilməsi, həmçinin qalıq dəyərinin güzəştli kreditlər vasitəsilə maliyyələşdirilməsi üçün mexanizmlər hazırlanacaq.O əlavə edib ki, kənd təsərrüfatı texnikası parkının yenilənməsi də əsas istiqamətlərdəndir. Belə ki, 22 hədəf rayon üzrə kombayn parkının 571 yeni kombaynla gücləndirilməsi nəzərdə tutulur.Nazir müavininin sözlərinə görə, Dövlət Proqramında lazer hamarlama texnologiyasının tətbiqi üçün subsidiya mexanizminin yaradılması da yer alıb. Bu çərçivədə 22 rayonda ümumilikdə 84,9 min hektar sahədə lazer hamarlamanın həyata keçirilməsi planlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanlı gənc musiqiçilər Tbilisidə konsert veriblər

Next Article

Məktəbli forması məcburi olur: qaydalara əməl etməyənləri nə gözləyir?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanın enerji rolu daha da güclənəcək

Aysel Əlibəyli 06 İyun 2026 · 14:12 118 baxış Enerji keçidi bir gecədə baş verə bilməz, bu proses zaman, planlı yanaşma və dayanıqlı infrastruktur tələb edir. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanın Rusiyadakı səfiri […]

Ölkəyə idxal edilən avtomobillərin sayı azalma göstərdi.

Aysel Əlibəyli 31 May 2026 · 19:13 82 baxış 2026-cı ilin yanvar–aprel aylarında Azərbaycana gətirilən avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə xeyli azalıb. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, rəsmi statistik göstəricilərə əsasən, […]

Azərbaycan enerji sahəsində regionun aparıcı ölkələrindən biri olub

Aysel Əlibəyli 05 İyun 2026 · 11:00 136 baxış Azərbaycan son illərdə enerji sektorunda həyata keçirdiyi strateji layihələr hesabına bölgənin əsas enerji mərkəzlərindən biri statusunu möhkəmləndirib. Elpress.az xəbər verir ki, Bakı Dövlət Universitetinin professoru Kamilə […]