--:--:-- | 22 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycanda kriptoaktivlərlə bağlı yeni tələb: lisenziya məcburi olacaq

Aysel Əlibəyli 29 İyun 2026 · 13:20 1046 baxış

Elpress.az xəbər verir ki, Azərbaycanda qəbul edilməsi nəzərdə tutulan kriptovalyuta haqqında qanun layihəsinə əsasən, kriptoaktivlərlə bağlı fəaliyyət göstərmək istəyən təşkilatlar mütləq qaydada Azərbaycan Mərkəzi Bankından lisenziya almalı olacaqlar.

Bu barədə AMB-nin Maliyyə Texnologiyaları və İnnovasiyalar Departamentinin direktoru Fidan Tofidi “Azərbaycanın Rəqəmsal Maliyyə Gündəliyi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, lisenziyanın əldə olunması üçün kifayət qədər ciddi və sərt meyarlar müəyyənləşdirilib və bu tələblərə cavab verməyən şirkətlərə fəaliyyət icazəsi verilməyəcək.

Fidan Tofidi bildirib ki, lisenziya alan təşkilatların fəaliyyəti də daimi nəzarətdə saxlanılacaq. Bu nəzarətin əsas məqsədlərindən biri çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin qarşısının alınmasıdır.

AMB rəsmisi qeyd edib ki, kriptoaktivlər və kriptobazarda baş verən yeniliklər maliyyə sektoruna innovativ imkanlar gətirsə də, bu sahə eyni zamanda bir sıra risklər də yaradır.

“Bu səbəbdən Mərkəzi Bankın əsas hədəfi yalnız innovasiyaları dəstəkləmək deyil, həm də maliyyə sabitliyini və təhlükəsizliyi təmin etməkdir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, kriptoaktivlərlə bağlı yeni qanun layihəsi qəbul olunduqdan sonra bazarın tənzimlənməsi, iştirakçıların fəaliyyəti və nəzarət mexanizmləri ilə bağlı əlavə normativ qaydaların da hazırlanması nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İranın 6 milyard dolları geri qaytarılır

Next Article

Azərbaycan İsrailin qərarından narahatdır – rəsmi açıqlama

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda ÜPİ-nin 95-ci iclası keçirilir

Aysel Əlibəyli 16 İyul 2026 · 13:22 1020 baxış “Azərpoçt” beynəlxalq poçt rəhbərlərini Bakıda bir araya gətirdi Elpress.az xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC 14–17 iyul 2026-cı il tarixlərində Bakıda keçirilən Ümumdünya […]

Yerli buğdanın dövlət tədarük qiyməti açıqlandı

Aysel Əlibəyli 29 İyun 2026 · 12:16 1098 baxış Azərbaycanda yerli ərzaqlıq buğda istehsalçılarına yeni dövlət dəstəyi: tədarük qiyməti müəyyənləşdi Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanda yerli ərzaqlıq buğda istehsalçılarına göstərilən dövlət dəstəyinin artırılması […]

20 Ballıq Cərimə Həddi Artırılır?

Aysel Əlibəyli 02 İyun 2026 · 11:11 1114 baxış Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı müəyyən edilmiş 20 ballıq limitə yenidən baxılması ehtimalı gündəmə gətirilib və bu məsələ müzakirə mərhələsindədir. Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hazırda […]