--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycan və Dünya Bankı əməkdaşlığı müzakirə edib

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 14:48 1036 baxış

Əli Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

Elpress.az xəbər verir ki, Baş nazir Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.Görüş zamanı Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli və səmərəli tərəfdaşlığın mövcud olduğu bildirilib. İndiyədək birgə həyata keçirilən layihələrin ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verdiyi qeyd olunub.Tərəflər əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanlarını da nəzərdən keçiriblər. Dayanıqlı şəhər inkişafı, yaşıl enerji, nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, su təchizatı və su ehtiyatlarının idarə olunması əsas əməkdaşlıq sahələri kimi diqqətə çatdırılıb.Görüşdə Azərbaycan və Dünya Bankı arasında qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf perspektivləri, həmçinin gələcəkdə həyata keçirilə biləcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb.Görüşdə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov da iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Brent” ucuzlaşıb, “WTI” bahalaşıb

Next Article

Şükürbəyliyə növbəti köç karvanı yola düşüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 18%-ə yaxın azalıb

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 15:05 1090 baxış Yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana 128,4 milyon dollarlıq 3 803 minik avtomobili ixrac edilib Elpress.az xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana 128,4 milyon ABŞ […]