--:--:-- | 11 İyun 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan Almatıda turizm sərgisində təbliğ olunur

Elşən 23 Aprel 2026 · 18:16 29 baxış

Azərbaycan Turizm Bürosu Qazaxıstanın Almatı şəhərində keçirilən Kazakhstan International Tourism Fair 2026 sərgisində ölkəmizi təmsil edir.

Sərgidə, Azərbaycan Hava Yolları (AZAL) da daxil olmaqla ümumilikdə 10 yerli turizm qurumu iştirak edir və Azərbaycan müxtəlif mövsümlərdə səfər üçün cəlbedici istiqamət kimi təqdim olunur.

Ziyarətçilərə ölkənin mədəni turizm imkanları, aktiv və macəra turizmi, sağlamlıq turizmi, eləcə də işgüzar səfərlər (MICE) sahəsində potensialı barədə geniş məlumat verilir.

Səfər proqramı çərçivəsində Qazaxıstandan olan 40 turizm nümayəndəsi üçün xüsusi təqdimat da təşkil edilib.

Tədbir, 20-dən artıq turizm şirkəti və turoperatorun qatıldığı, əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu işgüzar şam yeməyi ilə başa çatıb.

Statistikaya görə, 2026-cı ilin ilk üç ayında Qazaxıstandan Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz artaraq 19 762 nəfərə çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Heydər Əliyevin regional inkişaf irsi müzakirə olunub

Next Article

Qriqoryan: Azərbaycan-Ermənistan sülhü qarşılıqlı etimada əsaslanır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

20 Ballıq Cərimə Həddi Artırılır?

Aysel Əlibəyli 02 İyun 2026 · 11:11 72 baxış Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı müəyyən edilmiş 20 ballıq limitə yenidən baxılması ehtimalı gündəmə gətirilib və bu məsələ müzakirə mərhələsindədir. Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hazırda […]

Bazarda yoxlama: Tərtərdə reyd keçirildi

Aysel Əlibəyli 09 İyun 2026 · 12:41 70 baxış Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Tərtər rayonunda yerləşən “Tərtər” bazarında yoxlama həyata keçirib Yoxlama Tərtər rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən “Zülfüqaroğlu” MMC-yə məxsus bazarda aparılıb. Elpress.az […]

Aİ ASCO Gəmilərinə Tətbiq Olunan Sanksiyaları Ləğv Etdi

Elşən 24 Aprel 2026 · 09:49 19 baxış Avropa İttifaqı Şurasının son qərarına əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) aid “Zaqatala” gəmisinə, həmçinin ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus “Şuşa”, “Qarabağ”, “Xankəndi” və “Zəngəzur” […]