Azərbaycan Mərkəzi Bankı iyulun 13-də qüvvədə olacaq rəsmi valyuta məzənnələrini elan edib.
Elpress.az xəbər verir ki , Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 13-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.Məlumata görə, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat səviyyəsində qalıb. Türkiyə lirəsinin məzənnəsi isə 0,0362 manat təşkil edib.Avro əvvəlki günlə müqayisədə ucuzlaşaraq 1,9387 manata enib. Rusiyanın 100 rublunun rəsmi məzənnəsi də azalaraq 2,2134 manat olub.


