--:--:-- | 17 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Prezident: Ukraynanın ərazi bütövlüyünü bundan sonra da dəstəkləyəcəyik

Aysel Əlibəyli 13 İyul 2026 · 10:51 1100 baxış

Prezident İlham Əliyev Azərbaycanın Ukraynanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyinin dəyişməz olduğunu bəyan edib.

Elpress.az xəbər verir ki , Prezident İlham Əliyev bu fikirləri IV Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalist Dmitri Qordonun sualını cavablandırarkən səsləndirib.Dövlət başçısı bildirib ki, Azərbaycanın mövqeyi hər zaman beynəlxalq hüquqa əsaslanıb və ölkəmiz bundan sonra da Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyəcək.İlham Əliyev çıxışında işğalla heç vaxt barışmamağın vacibliyini vurğulayaraq Azərbaycanın bu məsələdə öz tarixi təcrübəsinə istinad edib. O qeyd edib ki, ölkəmiz uzun illər işğalla üzləşsə də, müxtəlif beynəlxalq təzyiqlərə baxmayaraq ərazi bütövlüyündən imtina etməyib və nəticədə torpaqlarını azad edib.Prezident həmçinin bildirib ki, heç bir dövlətin sərhədləri zor tətbiq etməklə və ya həmin ölkənin xalqının iradəsi əleyhinə dəyişdirilə bilməz. Onun sözlərinə görə, Azərbaycan bu prinsipə daim sadiq qalıb və beynəlxalq hüququn aliliyini müdafiə etməyə davam edəcək.Dövlət başçısı əlavə edib ki, Azərbaycan imkanları daxilində Ukrayna xalqına humanitar dəstəyini də davam etdirəcək. O vurğulayıb ki, bu yardım reklam məqsədi daşımır və həm dövlət, həm də cəmiyyət tərəfindən səmimi həmrəylik nümunəsi kimi göstərilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ hərbi gəmiləri İran sahillərinə yaxın məsafədə müşahidə olundu

Next Article

AMB iyulun 13-nə valyuta məzənnələrini açıqladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yaşar Güler Şuşada “Birliyin Gücü-2026” təlimlərini izləyib

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 15:45 1088 baxış Türkiyənin milli müdafiə naziri Yaşar Güler Azərbaycanda keçirilən “Birliyin Gücü-2026” birgə hərbi təliminin Seçkin Müşahidəçi Günü çərçivəsində təşkil olunan tədbirlərdə iştirak edib. Elpress.az xəbər verir ki, […]

Əli Əsədov Şimali Kiprə başsağlığı verib

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:11 1054 baxış Azərbaycanın Baş naziri gəmi qəzasında ölənlərlə bağlı Ünal Üstelə başsağlığı məktubu göndərib Elpress.az xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətində baş […]

Hikmət Hacıyev Fransa ilə əlaqələrin gələcəyini müzakirə etdi

Aysel Əlibəyli 25 İyun 2026 · 16:15 1100 baxış Azərbaycan və Fransa arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional proseslər və qarşılıqlı maraq doğuran mühüm məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb Azərbaycan və Fransa arasında siyasi […]

Zakir Fərəcov səyyar görüş təşkil edib.

Aysel Əlibəyli 05 İyun 2026 · 15:33 1199 baxış Zakir Fərəcov tərəfindən şəhər sakinləri ilə birbaşa ünsiyyətin gücləndirilməsi məqsədilə təşkil olunan səyyar görüşlər davam etdirilir. Növbəti vətəndaş qəbulu Sumqayıtın 9-cu mikrorayonunda keçirilib və görüş bu […]