--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Yasamalda uşaq bağçası ilə bağlı iddia araşdırılır

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 17:44 1042 baxış

Bakının Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasına gedən azyaşlının səhhətində və davranışında dəyişiklik müşahidə olunması ilə bağlı yayılan məlumatlar araşdırılır.


Elpress.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddialara əsasən, uşağın tibbi müayinələri zamanı qanında psixotrop dərman aşkarlanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, məsələ dərhal nəzarətə götürülüb. Azyaşlının valideynləri Komitəyə dəvət olunaraq onlardan ətraflı məlumat alınıb.
Faktın hərtərəfli və obyektiv araşdırılması, həmçinin uşağın hüquq və mənafelərinin qorunması məqsədilə Dövlət Komitəsi tərəfindən Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciətlər göndərilib.
Hazırda aidiyyəti dövlət qurumları tərəfindən araşdırma və zəruri tədbirlər davam etdirilir. Araşdırmanın nəticələrinə uyğun olaraq qanunvericiliyə əsasən müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi də məsələ ilə bağlı araşdırma aparıldığını və hüquq-mühafizə orqanlarına müraciət edildiyini açıqlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ukraynanın Qara dəniz limanları blokadaya düşüb

Next Article

ADY dəmir yolu xətlərini xüsusi diaqnostika qatarı ilə yoxlayır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Taleh Ziyadov Avropa Badmintonu Şurasına seçildi

Elşən 23 Aprel 2026 · 19:32 1126 baxış Horsens şəhərində Badminton Europe-un hesabat-seçki konfransı baş tutub. Azərbaycan Badminton Federasiyası-nın prezidenti Taleh Ziyadov keçirilən səsvermənin nəticələrinə əsasən qurumun Direktorlar Şurasına üzv seçilib. Bu qərarla o, 2026–2030-cu […]

Binəqədidə obyekt yanır

Aysel Əlibəyli 27 İyul 2026 · 12:23 1056 baxış Binəqədidə baş verən yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir Elpress.az xəbər verir ki, Paytaxtın Binəqədi rayonu, Binəqədi–Novxanı–Mehdiabad yolunda yerləşən obyektdə yanğın baş verib. Hadisə yerinə Fövqəladə […]

Antalyada meşə yanğını başlayıb

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 18:41 1026 baxış Yanğının söndürülməsinə yüzlərlə əməkdaş və çoxsaylı texnika cəlb olunub Elpress.az xəbər verir ki, Türkiyənin Antalya vilayətində meşəlik ərazidə yanğın baş verib.Alovun söndürülməsi və ətraf ərazilərə yayılmasının […]