--:--:-- | 26 İyun 2026, Cümə
Son Xəbər
Yüklənir...

Son qarşılaşmada Neftçi meydandan qələbə ilə ayrıldı.

Aysel Əlibəyli 23 May 2026 · 19:08 55 baxış

Neftçi Misli Premyer Liqasında mövsümün son – XXXIII turunda meydana çıxıb.

Elpress.az-ın Qafqazinfo-a istinadən yaydığı məlumata görə, UEFA Konfrans Liqasına vəsiqəni əvvəlcədən təmin edən “ağ-qaralar” səfərdə Kəpəz ilə üz-üzə gəlib.Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş Bakı klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.İlk yarıda hesab açılmayıb. Fasilədən sonra daha üstün oyun nümayiş etdirən qonaqlar 54-cü dəqiqədə Freddi Varqasın qolu ilə önə keçiblər. Qarşılaşmanın 65-ci dəqiqəsində isə paytaxt təmsilçisi azlıqda qalıb. Belə ki, yarımmüdafiəçi İfeanyi Metyu birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna baxmayaraq, Yuri Vernidubun komandası üstün hesabı sona qədər qoruyub.Bu nəticədən sonra xalını 59-a yüksəldən Neftçi 2025/2026 mövsümünü 4-cü pillədə tamamlayıb. Kəpəz isə 27 xalla sonuncu – 10-cu yerdə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Galatasaray və Fenerbahçenın rəqibləri müəyyənləşib.

Next Article

ABŞ hərbi rəhbərliyi İran limanlarına giriş və çıxış edən 100 ticarət gəmisinin marşrutunu dəyişdiyini bildirib.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Avropa Liqasında yarımfinal oyunları start götürür

Elşən 30 Aprel 2026 · 11:47 41 baxış UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları bu gün start götürür. Elpress.az xəbər verir ki, Portuqaliya təmsilçisi Braqa doğma meydanda Almaniyanın Frayburq klubunu qəbul edəcək. Digər qarşılaşmada […]

Elvindən növbəti atmaca

Aysel Əlibəyli 07 İyun 2026 · 20:42 42 baxış İntizamsız davranışa görə “Qarabağ”ın əsas komandasında yer almayan Elvin Cəfərquliyev uzun müddətdən sonra sosial şəbəkə hesabında paylaşım edib. Elpress.az xəbər verir ki, Hazırda Azərbaycan millisinin düşərgəsində […]

“Neftçi” Cordan Rezabala ilə yollarını ayırıb

Aysel Əlibəyli 19 İyun 2026 · 20:46 80 baxış “Neftçi” futbol klubu ekvadorlu yarımmüdafiəçi Cordan Rezabala ilə vidalaşıb. Elpress.az xəbər verir ki, Bakı təmsilçisindən bildirilib ki, futbolçu ötən ilin yayında transfer olunub və bu müddətdə […]