--:--:-- | 07 Noyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Selcan Mahsudova dünya çempionatının finalında!

Aysel Əlibəyli 07 Noyabr 2026 · 11:37 1010 baxış

Elpress.az xəbər verir ki, Azərbaycan gimnastı Selcan Mahsudova Çinin Nankin şəhərində təşkil olunan batut gimnastikası və tamblinq üzrə 39-cu dünya çempionatında fərdi proqramda finala yüksəlib.

Milli komandanın üzvü yarımfinal çıxışında 56,140 xal toplayaraq altıncı yeri tutub. Bu nəticə ona dünyanın ən güclü gimnastları arasında medal uğrunda mübarizəni davam etdirmək imkanı verib.

Diqqətçəkən məqamlardan biri Selcanın Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu, britaniyalı Brayoni Peycini altı pillə geridə qoymasıdır.

Kişilərin fərdi yarışında iştirak edən Maqsud Mahsudov isə 37,850 xalla 20-ci sırada qərarlaşıb.

Bununla yanaşı, Selcan və Maqsud Mahsudov qarışıq sinxron proqramda da finala vəsiqə əldə ediblər. Beləliklə, bacı-qardaş dünya çempionatında daha bir medal şansı qazanıblar.

Qeyd edək ki, Nankində keçirilən dünya çempionatı noyabrın 4-dən 8-dək davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şuşada 360 nəfərlik peşə təhsili mərkəzi istifadəyə verildi

Next Article

Xankəndidə Qarabağ Universitetinin yeni binalarının təməli qoyuldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Son qarşılaşmada Neftçi meydandan qələbə ilə ayrıldı.

Aysel Əlibəyli 23 May 2026 · 19:08 1171 baxış Neftçi Misli Premyer Liqasında mövsümün son – XXXIII turunda meydana çıxıb. Elpress.az-ın Qafqazinfo-a istinadən yaydığı məlumata görə, UEFA Konfrans Liqasına vəsiqəni əvvəlcədən təmin edən “ağ-qaralar” səfərdə […]

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qarşı oynamaq çətindir

Aysel Əlibəyli 26 Avqust 2026 · 17:34 1098 baxış Conni Brom: “Ümid edirəm, uğurlu nəticə qazanacağıq” Elpress.az xəbər verir ki, UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında “Qarabağ”ın qonağı olacaq “Tvente”nin baş məşqçisi Conni Brom […]

Qaxda savate üzrə turnir keçirilib

Aysel Əlibəyli 16 İyun 2026 · 00:19 1160 baxış Qax Olimpiya İdman Kompleksində “Qərbi Azərbaycana Qayıdış” devizi altında savate idman növü üzrə kadetlər, yeniyetmələr və gənclər arasında Şimal-Qərb Region Açıq Turniri təşkil olunub. Elpress.az xəbər […]