--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Ronaldo Neveşi müdafiə etdi: “Onlara ömürlük qadağa qoyulsun”

Aysel Əlibəyli 13 Sentyabr 2026 · 19:17 1068 baxış

Elpress.az xəbər verir ki, Kriştianu Ronaldo “Əl-Taavun” azarkeşlərinin “Əl-Hilal”ın futbolçusu Ruben Neveşə qarşı təxribat xarakterli davranışına sərt reaksiya verib.

Portuqaliyalı ulduz Səudiyyə Pro Liqası rəhbərliyini həmin azarkeşlərlə bağlı tədbir görməyə çağırıb. Ronaldo Neveşi psixoloji təzyiq altında qoyan şəxslərin stadionlara girişinə ömürlük qadağa tətbiq edilməsini tələb edib.Hadisə “Əl-Hilal”ın “Əl-Taavun” üzərində 6:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada yaşanıb. Matç zamanı tribunalardan Neveşi qıcıqlandırmaq məqsədilə onun mərhum yaxın dostu və keçmiş komanda yoldaşı Dioqo Jotanın adı səsləndirilib.Neveş də azarkeşlərin bu davranışına sərt münasibət göstərərək onların hərəkətlərini mənəviyyatsızlıq kimi qiymətləndirib.Xatırladaq ki, Dioqo Jota ötən il yol qəzası nəticəsində faciəvi şəkildə həyatını itirib. Ronaldo isə milli komandadan komanda yoldaşı olan Neveşə dəstək verərək bu cür davranışların cəzasız qalmamalı olduğunu vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda İqlim Həftəsi başa çatdı – 140-dan çox ölkədən 2700 nümayəndə iştirak edib

Next Article

Hörmüz boğazı ilə bağlı razılaşma sabah elan ediləcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Çempionlar Liqasında bu günün oyunları

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:40 1044 baxış “Barselona”, “Qalatasaray” və “Arsenal”ın oyunları Azərbaycanda yayımlanacaq Elpress.az xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsində bu gün növbəti qarşılaşmalar keçiriləcək. Günün diqqətçəkən oyunları arasında “Barselona” […]

“Turan Tovuz” – “Fənərbaxça” oyununda gərginlik

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 21:19 1038 baxış “Turan Tovuz” və “Fənərbaxça” komandaları arasında keçirilən qarşılaşma 34-cü dəqiqədə yaşanan insident səbəbindən yarımçıq dayandırılıb. Elpress.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə “Fənərbaxça”nın futbolçusu […]