--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

“Real”ın müdafiəçisi sərxoş halda avtomobil idarə edib

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 17:07 1054 baxış

Raul Asensio 14 400 avro cərimələnib və 8 ay sürücülük hüququndan məhrum edilib

Elpress.az xəbər verir ki, Madrid “Real”ının 23 yaşlı müdafiəçisi Raul Asensio sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün məhkəmə tərəfindən cəzalandırılıb.Hadisə avqustun 16-da İspaniyanın Kanar adalarında baş verib. Futbolçu “Porsche” markalı avtomobillə Qran-Kanariyanın cənubundakı kurort ərazisinə gedərkən polis tərəfindən sənədlərinin yoxlanılması məqsədilə saxlanılıb.Yoxlama zamanı Asensionun nəfəsində spirtin miqdarı 0,90 mq/l müəyyən edilib. İspaniyada icazə verilən hədd isə 0,25 mq/l təşkil edir.Hadisədən bir neçə gün sonra futbolçu məhkəməyə çıxarılıb. Məhkəmə Raul Asensionu yol hərəkəti təhlükəsizliyinə qarşı cinayət törətməkdə təqsirli bilib.Nəticədə futbolçu 14 400 avro məbləğində cərimələnib və 8 ay müddətinə sürücülük hüququndan məhrum edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və Türkmənistan arasında konsulluq görüşü keçirilib

Next Article

ABŞ-də jurnalist Çinə casusluğa görə 2 il həbs cəzası alıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

UEFA Superkubokunun finalını idarə edəcək hakim müəyyənləşib.

Aysel Əlibəyli 11 İyun 2026 · 18:39 1112 baxış ABŞ-a girişinə icazə verilməyən somalili hakim UEFA Super Kubokunun final matçını idarə edəcək. Avqustun 12-də Avstriyanın Zaltsburq şəhərində keçiriləcək 2026 UEFA Super Kuboku finalında Çempionlar Liqasının […]

Baş nazirlər arasında maraqlı “söz atışması”

Aysel Əlibəyli 08 İyul 2026 · 15:23 1094 baxış Ankarada keçirilən NATO sammiti çərçivəsində Böyük Britaniyanın Baş naziri Keir Starmer və Norveçin Baş naziri Jonas Gahr Støre İngiltərə–Norveç oyunu öncəsi zarafatyana dialoqla diqqət çəkiblər. Elpress.az […]

“Sabah”ın Çempionlar Liqasındakı rəqibləri müəyyənləşdi

Aysel Əlibəyli 08 İyul 2026 · 15:17 1094 baxış Sabah BK basketbol komandasının FIBA Çempionlar Liqasının əsas mərhələsində qarşılaşacağı rəqiblər püşkatma mərasimindən sonra bəlli olub. Elpress.az-ın Apasport.az-a istinadən verdiyi məlumata əsasən, FIBA Çempionlar Liqasının püşkatma […]