--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Lukaku “Fənərbaxça”ya keçməyə razıdır

Aysel Əlibəyli 10 Avqust 2026 · 18:22 1042 baxış

“Fənərbaxça” Lukaku üçün “Napoli”yə 6 milyon avro təklif edib

Elpress.az xəbər verir ki, Belçikalı hücumçu Romelu Lukakunun Türkiyənin “Fənərbaxça” klubuna keçidi ilə bağlı danışıqlarda yeni mərhələyə keçilib.İnsayder Mateo Morettonun məlumatına görə, 33 yaşlı futbolçu İstanbul təmsilçisi ilə şəxsi müqavilənin şərtləri barədə razılığa gəlib. Transferin baş tutması üçün hazırda “Fənərbaxça” ilə “Napoli” arasında danışıqlar aparılır.Türkiyə klubunun Lukakunun transferi üçün İtaliya təmsilçisinə 6 milyon avro təklif etdiyi bildirilir. “Napoli”nin isə hücumçunun satışından təxminən 12 milyon avro qazanmaq istədiyi qeyd olunur.Lukakunun “Napoli” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Belçikalı forvardın mövsümöncəsi hazırlıq prosesində iştirak etmədiyi də bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Sabah” 1 qolluq fərqi aradan qaldırmaq istəyir

Next Article

Tailandda xanım məmurun makiyajı sosial şəbəkələrdə müzakirələrə səbəb olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Qarabağ” – “Dinamo” Kiyev oyunlarının hakimləri açıqlandı

Aysel Əlibəyli 01 Avqust 2026 · 09:51 1052 baxış UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Dinamo” (Kiyev) qarşılaşmalarını idarə edəcək hakimlər briqadası müəyyənləşib. Elpress.az xəbər verir ki, avqustun 6-da Polşanın Lublin şəhərində […]

“Sumqayıt” braziliyalı yarımmüdafiəçini heyətinə qatdı

Aysel Əlibəyli 05 Avqust 2026 · 14:17 1048 baxış “Sumqayıt” Futbol Klubu yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirir. Elpress.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, “kimyaçılar” braziliyalı yarımmüdafiəçi Lukas Blakı heyətinə […]

Elvindən növbəti atmaca

Aysel Əlibəyli 07 İyun 2026 · 20:42 1124 baxış İntizamsız davranışa görə “Qarabağ”ın əsas komandasında yer almayan Elvin Cəfərquliyev uzun müddətdən sonra sosial şəbəkə hesabında paylaşım edib. Elpress.az xəbər verir ki, Hazırda Azərbaycan millisinin düşərgəsində […]

“Sabah” – “Hapoel” matçının hakimləri açıqlanıb

Aysel Əlibəyli 23 Avqust 2026 · 15:54 1034 baxış Çempionlar Liqasının pley-off mərhələsinin Bakıdakı cavab görüşünü rumıniyalı hakimlər idarə edəcək Elpress.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” və İsrailin “Hapoel” (Beer-Şeva) komandaları […]