--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 11:43 1084 baxış

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Ladislau-Marius Vizeri qəbul edib.

Elpress.az xəbər verir ki, oktyabrın 3-də keçirilən görüşdə Azərbaycanda cüdonun inkişafı və Bakıda keçiriləcək dünya çempionatının təşkili ilə bağlı məsələlər müzakirə olunub.

Prezident İlham Əliyev Azərbaycanın artıq ikinci dəfə cüdo üzrə dünya çempionatına ev sahibliyi etdiyini bildirib və yarışın yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.

Dövlət başçısı cüdonun Azərbaycanda geniş yayılan və ölkəyə çoxsaylı medallar qazandıran idman növlərindən biri olduğunu qeyd edib. O, həmçinin paytaxtla yanaşı, regionlarda yaradılan müasir idman infrastrukturunun uğurların əldə olunmasındakı roluna diqqət çəkib.

Ladislau-Marius Vizer isə qəbul üçün təşəkkürünü bildirib, Azərbaycan cüdoçularının beynəlxalq yarışlardakı nəticələri münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Görüş zamanı Beynəlxalq Cüdo Federasiyası ilə Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlığın perspektivləri barədə də fikir mübadiləsi aparılıb.

Sonda Prezident İlham Əliyev Ladislau-Marius Vizerə “Dostluq” ordenini təqdim edib. Vizer bu yüksək təltifə görə minnətdarlığını bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sulutəpədə küçəni su basdı – sakinlər hərəkət edə bilmir

Next Article

İlham Əliyev: “Azərbaycan Ermənistanla ticarətə də başlamışdır”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Qarabağ”ın potensial rəqibi bəlli oldu

Aysel Əlibəyli 20 İyul 2026 · 16:59 1092 baxış “Qarabağ” Kiyev “Dinamo”su ilə qarşılaşa bilər Elpress.az xəbər verir ki, “Qarabağ”ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.Məlumata görə, Ağdam təmsilçisi Avropa Liqasının 2-ci […]

“Sumqayıt” braziliyalı yarımmüdafiəçini heyətinə qatdı

Aysel Əlibəyli 05 Avqust 2026 · 14:17 1068 baxış “Sumqayıt” Futbol Klubu yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirir. Elpress.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, “kimyaçılar” braziliyalı yarımmüdafiəçi Lukas Blakı heyətinə […]

Fransanı bu gecə çətin sınaq gözləyir

Aysel Əlibəyli 04 İyul 2026 · 23:55 1150 baxış 2026-cı il dünya çempionatında bu gecənin diqqətçəkən qarşılaşmalarından biri Fransa və Paraqvay arasında baş tutacaq. Mundialın 1/8 final mərhələsində üz-üzə gələcək komandalar növbəti mərhələyə vəsiqə uğrunda […]