--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycanın çimərlik polosu komandası turnirə hazırlaşır

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:54 1050 baxış

“Elit Polo” komandasının beynəlxalq yarış öncəsi açıq məşqi keçirilib

Elpress.az xəbər verir ki, Azərbaycanı çimərlik polosu üzrə “Sea Breeze 2026” beynəlxalq turnirində təmsil edəcək “Elit Polo” komandasının açıq məşqi keçirilib.Hazırlıq prosesi Binə Atçılıq və İstirahət Mərkəzində təşkil olunub. Məşq zamanı komanda üzvləri müxtəlif təmrinlər yerinə yetirib və yoxlama oyunu keçiriblər.Turnirdə Azərbaycanla yanaşı, Böyük Britaniya, İsveçrə və Rusiyanın komandaları da iştirak edəcək. Yarışda müvafiq olaraq “Elit Polo”, “Red Star Polo”, “St. Moritz” və “Moscow Polo Club” komandaları mübarizə aparacaq.Çimərlik polosu üzrə beynəlxalq turnir Azərbaycanda ilk dəfə təşkil olunacaq. Yarış “Sea Breeze” ərazisində yerləşən “Havana Beach”də keçiriləcək. Turnirdə ümumilikdə 12 poloçu iştirak edəcək və onların arasında Azərbaycan, Böyük Britaniya, İsveçrə, Rusiya, Argentina və Cənubi Afrikanı təmsil edən idmançılar olacaq.Turnirin oyunları sentyabrın 11, 12 və 13-də keçiriləcək. Hər gün saat 16:00-dan başlayaraq iki polo qarşılaşmasının təşkili nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İƏT Əmək Mərkəzi ilə Seneqal arasında memorandum imzalanıb

Next Article

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibələrin qrafiki açıqlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Qarabağ” daha bir futbolçusu ilə yollarını ayırır

Aysel Əlibəyli 09 İyul 2026 · 12:44 1086 baxış “Qarabağ”ın müdafiəçisi Mateus Silva karyerasını Azərbaycandan kənarda davam etdirməyə hazırlaşdığını açıqlayıb. Elpress.az xəbər verir ki, braziliyalı futbolçu ölkə mətbuatına müsahibəsində doğma vətəninə qayıtmaq istədiyini və bunun […]

Çempionlara rəsmi təbrik: Sevinc dalğası

Aysel Əlibəyli 05 İyun 2026 · 15:41 1194 baxış Mehriban Əliyeva Avropa çempionu adını qazanan Azərbaycan minifutbol yığması ilə bağlı sevincini ifadə edərək komandanı uğurlu nəticə münasibətilə səmimi şəkildə təbrik edib. Mehriban Əliyeva öz “X” […]

Azərbaycanlı hakim UEFA Gənclər Liqasına təyinat alıb

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 19:11 1052 baxış Tural Qurbanov “Borussiya Dortmund” – “Vilyarreal” matçını idarə edəcək Elpress.az xəbər verir ki, Azərbaycanın FIFA referisi Tural Qurbanov UEFA Gənclər Liqasında keçiriləcək qarşılaşmaya baş hakim təyin […]