--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

“Retro Holding”də 1,5 milyon manatlıq mənimsəmə işi: vəzifəli şəxs həbs olunub

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 11:02 1012 baxış

“Retro Holding” MMC-də xaricdən diri heyvanların alınması üçün ayrılan vəsaitin mənimsənilməsi ilə bağlı cinayət işi üzrə istintaq başa çatıb. Şirkətin baş mütəxəssisi Rüfət Səfiyev həbs edilib.

Elpress.az xəbər verir ki, Rüfət Qalib oğlu Səfiyev 1 milyon 500 min manat məbləğində vəsaiti mənimsəməkdə ittiham olunur. İş materiallarına əsasən, həmin pul xarici ölkələrdən diri heyvanların satın alınması üçün nəzərdə tutulub.

Cinayət işi Bakı Şəhər Baş Polis İdarəsində araşdırılıb. Səfiyevə Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda mənimsəməni nəzərdə tutan 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

İlkin istintaq mərhələsi yekunlaşıb. İşin yaxın vaxtlarda məhkəməyə çıxarılacağı gözlənilir. İttiham sübuta yetirilərsə, Rüfət Səfiyev 14 ilədək azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, “Retro Holding” Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən diri heyvan idxalı üzrə fəaliyyət göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır

Next Article

Qaradağda əsgərləri daşıyan avtobus qəzaya düşüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hökməlidə avtoyuma məntəqəsində yanğın söndürülüb

Aysel Əlibəyli 25 İyul 2026 · 14:36 1066 baxış Hökməli qəsəbəsində BMW markalı avtomobildə baş verən yanğın obyektə yayılmadan söndürülüb. Elpress.az xəbər verir ki, Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən avtoyuma məntəqəsində BMW markalı minik avtomobilində […]

Cəlilabadda ikimərtəbəli ev tamamilə yanıb

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:20 1058 baxış Qarğılı kəndində fərdi yaşayış evində baş verən yanğın nəticəsində bina yararsız vəziyyətə düşüb Elpress.az xəbər verir ki, Cəlilabad rayonunda fərdi yaşayış evində yanğın baş verib.Hadisə rayonun […]

Həkəri çayında 77 gün əvvəl batan şəxsin meyiti tapılıb

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 15:21 1080 baxış Zəngilanın Ağalı kəndində çayda batan 64 yaşlı kişinin cəsədi FHN xilasediciləri tərəfindən sudan çıxarılıb Elpress.az xəbər verir ki, 2026-cı il iyulun 4-də Həkəri çayının Zəngilan rayonunun […]

İki Əlcəzair vətəndaşı sərhədi qanunsuz keçmək istəyərkən tutulub

Aysel Əlibəyli 12 Avqust 2026 · 13:44 1058 baxış Xudat istiqamətində Azərbaycan-Rusiya sərhədini pozmağa çalışan iki nəfər saxlanılıb Elpress.az xəbər verir ki, Azərbaycan-Rusiya dövlət sərhədini qanunsuz şəkildə keçməyə cəhd edən iki xarici ölkə vətəndaşı saxlanılıb.Hadisə […]