--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Bulvarda qıza hücum edən şəxs saxlanıldı

Aysel Əlibəyli 26 May 2026 · 19:06 1186 baxış

Bakının Dənizkənarı Milli Parkı ərazisində gənc qız və oğlana qarşı zorakılıq törədən şəxs məhkəmə qərarı ilə həbs edilib.

ELPRESS.az milli.az-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan Şamxal Nəcəfovun həbs edilməsi məsələsinə baxılıb. Məhkəmə istintaq orqanının vəsatətini təmin edərək onun barəsində həbs qətimkan tədbiri seçib.Hadisənin görüntüləri əvvəlcə sosial şəbəkələrdə geniş yayılmışdı. Həmin kadrlar 47 yaşlı şəxsin bulvarda video çəkən gənc xanıma yaxınlaşaraq ona qarşı qeyri-etik davranış nümayiş etdirdiyini göstərirdi. Baş verənlər ətrafda olan insanların da diqqətini çəkib.Gənc qadın sonradan videomüraciətlə ictimaiyyətə şikayət edib. Şübhəli polis tərəfindən saxlanılarkən üzərindən üç ədəd kəsici-deşici alet aşkarlanıb. Hazırda onun barəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Prezident sabiq deputat barədə sərəncam imzaladı

Next Article

Əsədov Moskva ilə əlaqəni möhkəmləndirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şəmkirdə 38 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürdü

Aysel Əlibəyli 12 İyul 2026 · 20:56 1092 baxış Şəmkir rayonunda baş verən bədbəxt hadisə 38 yaşlı qadının həyatına son qoyub. Elpress.az xəbər verir ki, Şəmkir rayonunun Çinarlı qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.Məlumata […]

Naxçıvanda zəncirvari qəza: 2 nəfər xəsarət alıb

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 16:39 1068 baxış Naxçıvan-Şahbuz yolunda dörd avtomobil toqquşub Elpress.az xəbər verir ki, Naxçıvan-Şahbuz magistralında bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.Hadisə zamanı “Hyundai”, “KIA”, “Niva” və “Mercedes” […]

Yasamalda məktəbdə yanğın törətmək cəhdinin qarşısı alınıb

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 17:22 1080 baxış Yasamal rayonunda yerləşən orta məktəblərdən birində yanğın törətməyə cəhd edildiyi bildirilir. Hadisə nəticəsində xəsarət alan olmayıb. Elpress.az xəbər verir ki, operativ tədbirlər sayəsində mümkün təhlükənin qarşısı […]