--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

“Başımıza şüşələr töküldü” – Əməkdar artist avtobus qəzasının təfərrüatını açıqladı

Aysel Əlibəyli 14 İyul 2026 · 20:27 1148 baxış

Bakıda 85 və 67 saylı marşrut avtobuslarının iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

Elpress.az xəbər verir ki, qəza zamanı 85 saylı avtobusda olan Azərbaycanın Əməkdar artisti Elman Rəfiyev yaşadığı təhlükəli anlardan danışıb.

Aktyor sosial şəbəkə hesabında bildirib ki, toqquşma zamanı 67 saylı avtobusun güzgüsü 85 saylı avtobusun yan şüşəsini sındırıb və şüşə qırıntıları sərnişinlərin üzərinə tökülüb.

Elman Rəfiyevin sözlərinə görə, həmin an sınan şüşənin altında özü əyləşib:

“Şüşə mənim və yanımda oturan sərnişinlərin başına töküldü. Yaxşı ki, başımda şlyapa var idi, əks halda nəticə daha ağır ola bilərdi”.

Əməkdar artist bildirib ki, bu, ictimai nəqliyyatda baş verən ilk təhlükəli hadisə deyil. O, sürücülərin məsuliyyətsiz davranışını tənqid edərək sərnişinlərin həyatının təhlükəyə atıldığını vurğulayıb və zərərçəkənlərə təzminat ödənilməsinin vacibliyini qeyd edib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq

Next Article

İlham Əliyevin sosial media hesablarında Peter Pelleqrininin səfəri ilə bağlı paylaşım edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Quba-Xınalıq yolunda yenidən sürüşmə baş verdi

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 21:41 1104 baxış Quba-Xınalıq avtomobil yolunun bir hissəsində yenidən torpaq sürüşməsi qeydə alınıb. Hadisə nəticəsində bir neçə kəndin nəqliyyat əlaqəsində çətinlik yaranıb. Elpress.az qafqazinfo-ya istinaden xəbər verir ki, sürüşmə […]

Hacıqabuldakı yanğına qarşı geniş əməliyyat

Aysel Əlibəyli 08 İyun 2026 · 16:41 1164 baxış Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın hadisəsinin qısa müddətdə lokallaşdırılması və alovun daha geniş sahələrə yayılmasının qarşısının alınması məqsədilə ətraf rayonlardan əlavə yanğınsöndürmə texnikaları və […]

Kolumbiyada 7,4 bal gücündə zəlzələ

Aysel Əlibəyli 10 Avqust 2026 · 18:42 1114 baxış Güclü zəlzələ Kalidə binaların dağılmasına səbəb olub, dağıntılar altında qalanlar var Elpress.az xəbər verir ki, Kolumbiyanın qərbində güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, […]