--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Xarici ölkəyə məlumat ötürən şəxs cəzalandırıldı

Aysel Əlibəyli 02 İyun 2026 · 17:25 1200 baxış

Dövlətə xəyanət və qanunsuz silah saxlamaqda ittiham olunan Siyafət Fərzəliyevlə bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Naxcıvanda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan istintaq çərçivəsində barəsində cinayət işi açılmış Siyafət Fərzəliyev haqqında hökm Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi tərəfindən elan olunub. Elpress.az apa-ya istinadən verdiyi məlumata görə Hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən məhkəmə baxışında Siyafət Fərzəliyev təqsirli bilinərək 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.İttiham aktına əsasən, o, xarici xüsusi xidmət orqanının nümayəndələri tərəfindən maddi maraq qarşılığında məxfi əməkdaşlığa cəlb olunub və verilən tapşırıqlar əsasında Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinə zərər vurmaq məqsədilə casusluq fəaliyyəti həyata keçirib. Bundan əlavə, onun qanunsuz olaraq odlu silahın komplekt hissələrini əldə etdiyi, daşıdığı və saxladığı bildirilib.Siyafət Fərzəliyev DTX-nin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təqdim olunub.Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silahın komplekt hissələrinin əldə edilməsi, saxlanılması və daşınması) və 274-cü (dövlətə xəyanət) maddələri ilə ittiham irəli sürülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şərifov: Belarusla əməkdaşlıq Qarabağın aqrar inkişafını sürətləndirəcək

Next Article

Livan və İsrail Vaşinqtonda yenidən danışıqlar masasına əyləşib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Məktəb rəhbəri dünyasını dəyişdi

Aysel Əlibəyli 30 May 2026 · 00:12 1180 baxış Şəmkirdə tanınmış məktəb direktoru vəfat etdi 21 il sözügedən məktəbə rəhbərlik edən Alidə Hüseynova sağlamlıq problemləri səbəbindən dünyasını dəyişib. Elpress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Mərhum […]

Ağsuda dağlıq ərazidə yanğın baş verib

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 14:54 1078 baxış Kalva kəndi yaxınlığındakı əraziyə FHN qüvvələri cəlb olunub Elpress.az xəbər verir ki, Ağsu rayonunun Kalva kəndi yaxınlığında yerləşən dağlıq ərazidə yanğın baş verib.Hadisə ilə bağlı Fövqəladə […]

Muğanlı-İsmayıllı yolunda avtomobil aşıb

Aysel Əlibəyli 24 Avqust 2026 · 23:15 1126 baxış İsmayıllıda ağır qəza: “Toyota Land Cruiser” aşdı, sürücü öldü Elpress.az xəbər verir ki, İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Muğanlı-İsmayıllı avtomobil yolunun Lahıc qəsəbəsi […]