--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Qazaxıstanda təlim zamanı 9 hərbçi ölüb

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 14:40 1074 baxış

Xəzərdə güclü dalğa 19 hərbçini dənizə sürükləyib, 7 nəfərin axtarışı davam edir

Elpress.az xəbər verir ki, Qazaxıstanın Manqistau vilayətində hərbi təlim zamanı bədbəxt hadisə baş verib.Hadisə sentyabrın 24-də Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizinin sahilində keçirdiyi təlimlər zamanı qeydə alınıb. Təlim-döyüş tapşırığının icrası zamanı hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində güclü dalğa 19 hərbçini dənizə sürükləyib.İlkin məlumata görə, hərbçilərdən 9-u həyatını itirib, 3 nəfər xilas edilib. Daha 7 hərbçinin axtarışı davam etdirilir.Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub. Axtarış-xilasetmə əməliyyatında Hərbi Dəniz Qüvvələrinin bölmələri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, aviasiya və digər aidiyyəti xidmətlər iştirak edir.Hadisənin bütün hallarının araşdırılması və axtarış-xilasetmə işlərinin əlaqələndirilməsi məqsədilə Qazaxıstan Müdafiə Nazirliyinin komissiyası hadisə yerinə göndərilib. Komissiyaya müdafiə naziri, aviasiya general-leytenantı Dauren Kosanov rəhbərlik edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yevlaxda qətldə təqsirləndirilən 6 qohuma hökm oxunub

Next Article

Simonyan: Ermənistan bir qaz kəmərindən asılı olmayacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Məktəb rəhbəri dünyasını dəyişdi

Aysel Əlibəyli 30 May 2026 · 00:12 1160 baxış Şəmkirdə tanınmış məktəb direktoru vəfat etdi 21 il sözügedən məktəbə rəhbərlik edən Alidə Hüseynova sağlamlıq problemləri səbəbindən dünyasını dəyişib. Elpress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Mərhum […]

“Roşka” ləqəbli tiktokerə 5 il həbs cəzası istənilib

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 14:17 1068 baxış Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb Elpress.az xəbər verir ki, “Roşka” ləqəbi ilə tanınan tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.Bakı […]

Bakıda avtobus qəzası: yaşlı qadın həyatını itirdi

Aysel Əlibəyli 21 İyun 2026 · 18:54 1209 baxış Sabunçuda avtobusun vurduğu piyada aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Bakının Sabunçu rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Ramana qəsəbəsində, Yeni Ramana yolunda qeydə alınıb. […]

Kahramanmaraş 4,2 bal gücündə zəlzələ ilə silkələndi

Aysel Əlibəyli 14 İyul 2026 · 23:28 1120 baxış Türkiyənin Kahramanmaraş vilayətində 4,2 bal gücündə zəlzələ baş verib. Elpress.az xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.Məlumata əsasən, […]