--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

İstanbulda azərbaycanlı iş adamı evində ölü tapılıb

Aysel Əlibəyli 12 Avqust 2026 · 11:23 1082 baxış

İstanbulun Qaziosmanpaşa rayonunda azərbaycanlı iş adamı Rövşən Zeynalov yaşadığı mənzildə ölü vəziyyətdə aşkarlanıb.

Elpress.az xəbər verir ki, məlumata görə, mənzildən gələn pis qoxudan narahat olan qonşular polisə məlumat veriblər. Hadisə yerinə polis əməkdaşları ilə yanaşı, yanğınsöndürənlər və təcili tibbi yardım briqadası cəlb olunub.Yanğınsöndürənlərin köməyi ilə mənzilin qapısı açılıb və içəri daxil olan polis əməkdaşları Rövşən Zeynalovun cansız bədənini aşkar ediblər.

Tibbi müayinə zamanı onun Azərbaycan vətəndaşı olduğu müəyyənləşdirilib.

Mənzildə Rövşən Zeynalovun bacısı Mətanət Zeynalova da olub. O, yataq otağında yatarkən aşkarlanıb və sağ vəziyyətdə olub. İlkin məlumata görə, psixi problemlərinin olduğu ehtimal edilən qadın vəfat etmiş qardaşı ilə təxminən bir həftə eyni mənzildə yaşayıb.

Mənzildə qan izlərinin də aşkarlandığı bildirilir. Rövşən Zeynalovun meyiti ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizasına göndərilib.Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, əslən Qubadlı rayonundan olan Rövşən Zeynalovun Türkiyədə ayaqqabı biznesi ilə məşğul olduğu bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Naxçıvanın sosial-iqtisadi inkişafına 258 milyon manat ayrılacaq

Next Article

Zakir Həsənov hərbi hissələrdə vəziyyətlə tanış olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AQTA Ağcabədidə kafedə ciddi nöqsanlar aşkarladı

Aysel Əlibəyli 03 İyul 2026 · 17:09 1138 baxış AQTA-nın Ağcabədidə keçirdiyi yoxlama zamanı ictimai iaşə obyektində qida təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən edilib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) […]

50 yaşlı kişi arı sancmasından zərər çəkib.

Aysel Əlibəyli 15 İyun 2026 · 21:01 1162 baxış Ağdamda 50 yaşlı kişi arı sancması səbəbilə anafilaktik şok keçirib. Hadisə Ağdam rayonunun Əhmədağalı kəndində baş verib. Kənd sakini, 1976-cı il təvəllüdlü Yasin Yadulla oğlu Əhmədov […]

Pirşağıda dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapıldı

Aysel Əlibəyli 08 Avqust 2026 · 11:55 1068 baxış Bakı şəhərinin Sabunçu rayonunda dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti aşkarlanıb. Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, hadisə iki gün əvvəl […]