--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

İsrailin mərkəzində atışma

Aysel Əlibəyli 07 İyun 2026 · 13:01 1202 baxış

İsrailin mərkəzi bölgəsində baş vermiş silahlı insident faciə ilə nəticələnib. Hadisə zamanı bir nəfər həyatını itirib, azı dörd nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbləri və hücumun təfərrüatları araşdırılır.

Silahlı insident İsrailin Koçav Yair yaşayış məntəqəsində qeydə alınıb. Hadisədən dərhal sonra əraziyə çoxsaylı polis və təhlükəsizlik qüvvələri cəlb olunub. İsrail polisi insidentlə əlaqədar iki nəfərin şübhəli şəxs qismində müəyyən edildiyini açıqlayıb. Məlumata görə, onlardan biri saxlanılaraq istintaqa təhvil verilib, digər şübhəlinin isə hadisə yerindən qaçdığı bildirilir. Hazırda onun yerinin müəyyənləşdirilməsi istiqamətində genişmiqyaslı axtarış əməliyyatı aparılır.Rəsmi məlumatlara əsasən, hadisə yaşayış məntəqəsinin yaxınlığında, İordan çayının Qərb Sahili ilə ayrılan təhlükəsizlik səddi ətrafında yerləşən üç müxtəlif nöqtədə baş verib. Bu hal təhlükəsizlik orqanlarının hadisəyə xüsusi həssaslıqla yanaşmasına səbəb olub.İlkin araşdırmalar zamanı insidentin mümkün terror hücumu xarakteri daşıdığı ehtimalı irəli sürülüb. Hüquq-mühafizə orqanları və xüsusi təyinatlı qüvvələr bölgədə təhlükəsizlik tədbirlərini maksimum səviyyəyə çatdırıb, ərazi nəzarətə götürülüb. Hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi məqsədilə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Praqada 60 ölkəni birləşdirən festival

Next Article

ABŞ-İsrail arasında casusluq böhranı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şəmkirdə ağır qəza: bir nəfər öldü, bir nəfər yaralandı

Aysel Əlibəyli 05 İyul 2026 · 19:40 1118 baxış Şəmkirdə iki minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı ölən və yaralanan var. Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. […]

“Doğma Cəbrayıla Qayıdış Böyük Xoşbəxtlikdir”

Elşən 25 May 2026 · 08:36 1180 baxış Cəbrayıl rayonundan məcburi köçkün düşəndə cəmi 17 yaşı var idi. İllərlə doğma yurd həsrəti ilə yaşayan Ruhiyə Yadigarova bu gün, artıq 50 yaşına çatdığı bir vaxtda, böyük […]

Tarqovuda güclü yanğın: Vətəndaşlar təxliyə edildi

Aysel Əlibəyli 07 Avqust 2026 · 13:20 1080 baxış Bakının Səbail rayonunda, Tarqovu ərazisində yerləşən obyektlərdən birində güclü yanğın baş verib. Elpress.az xəbər verir ki, hadisə Yusif Məmmədəliyev küçəsində yerləşən restoranda qeydə alınıb.Yanğınla əlaqədar restoranda […]

İlk meyit donor ürəyi köçürülən gənc vəfat edib

Aysel Əlibəyli 13 Oktyabr 2026 · 16:17 1082 baxış Tovuz rayon sakini Rəşad Məmmədəliyev dünyasını dəyişib. O, Azərbaycanda meyit donordan ürək köçürülən ilk xəstə kimi tanınır. Elpress.az xəbər verir ki, APA-nın məlumatına görə, gəncin həkimə […]