--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

ABŞ-İsrail arasında casusluq böhranı

Aysel Əlibəyli 07 İyun 2026 · 13:06 1198 baxış

ABŞ və İsrail arasında kəşfiyyat sahəsində gərginlik yaşandığı ilə bağlı iddialar gündəmə gəlib. Məlumata görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İsrail tərəfindən ABŞ-yə qarşı casusluq fəaliyyətinin artmasından ciddi narahatlıq keçirir.

Bildirilir ki, adı açıqlanmayan üç keçmiş ABŞ rəsmisi Pentaqon daxilində İsrailin kəşfiyyat fəaliyyəti ilə bağlı narahatlığın son dövrlərdə nəzərəçarpacaq dərəcədə artdığını iddia edib. Onların sözlərinə görə, bu məsələ ABŞ təhlükəsizlik strukturlarında ciddi müzakirə mövzusuna çevrilib.İddialara əsasən, ABŞ Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən Müdafiə Kəşfiyyat İdarəsi (DİA) İsrailə qarşı əks-kəşfiyyat təhdid səviyyəsini yüksəldərək ən yüksək mərhələ sayılan “kritik” səviyyəyə çatdırıb. Bu addımın ABŞ-İsrail-İran xəttində artan gərginlik fonunda və Vaşinqtonun ümumi təhlükəsizlik qiymətləndirmələri çərçivəsində atıldığı bildirilir.Mənbələr həmçinin iddia edirlər ki, yenilənmiş qiymətləndirmələrdə İsrailin ABŞ ərazisində siyasi və hərbi qərarvermə prosesləri barədə məlumat toplamağa yönəlmiş fəaliyyətlər həyata keçirməyə çalışdığı qeyd olunub. Eyni zamanda, yüksəkvəzifəli ABŞ rəsmilərinin izlənməsi ilə bağlı bəzi fəaliyyətlərin də sənədlərdə yer aldığı iddia edilir.Rəsmilərin iddiasına görə, İsrailin insan resursları və texniki kəşfiyyat imkanları Müdafiə Kəşfiyyat İdarəsi tərəfindən “kritik səviyyədə potensial təhlükə” kimi qiymətləndirilib. Sənədlərdə ABŞ tərəfini narahat edən bir sıra ayrı-ayrı insidentlərə istinad olunduğu da bildirilir.İddiaların davamında qeyd olunur ki, İsrailin kəşfiyyat fəaliyyəti yalnız ənənəvi casusluq çərçivəsi ilə məhdudlaşmır və daha geniş istiqamətlərə yönələ bilər.Bununla belə, Ağ Ev yayılan məlumatları qəti şəkildə təkzib edərək, bütün bu hesabatların əsassız olduğunu bəyan edib. Pentaqon isə məsələ ilə bağlı rəsmi şərh verməkdən imtina edib.Vaşinqtondakı İsrail səfirliyinin sözçüsü də irəli sürülən ittihamları rədd edərək, İsrailin ABŞ-yə qarşı casusluq fəaliyyəti göstərməsi barədə iddiaların “tamamilə əsassız” olduğunu bildirib. Digər tərəfdən, bəzi iddialara görə, kəşfiyyat fəaliyyəti əsasən ABŞ-nin İranla bağlı siyasəti və danışıqlar prosesinə yönəlib və hədəf kimi ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff, eləcə də Pentaqon rəsmiləri göstərilir.Eyni zamanda, bir sıra keçmiş rəsmilər Tramp administrasiyası dövründə təhlükəsizlik məsələlərinin şəxsi cihazlar və qeyri-rəsmi kommunikasiya kanalları üzərindən aparılmasının ümumi kəşfiyyat risklərini daha da artırdığını iddia ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İsrailin mərkəzində atışma

Next Article

İdxal-ixrac prosedurları tam elektron müstəviyə keçdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hörmüz boğazında 20 ticarət gəmisi hərəkət edib

Aysel Əlibəyli 30 May 2026 · 17:40 1230 baxış SEPAH: Son 24 saatda 20 ticarət gəmisi Hörmüz boğazından keçib SEPAH Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində 20 ticarət gəmisinin icazə və koordinasiya əsasında Hörmüz […]

Tramp sevdiyi mahnının müəllifini yad etdi

Aysel Əlibəyli 02 İyul 2026 · 17:30 1132 baxış ABŞ Prezidenti Donald Tramp vəfat edən məşhur musiqiçi və “Y.M.C.A.” hitinin müəllifi Viktor Uillisin xatirəsinə həsr olunmuş paylaşım edib. Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald […]