--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Hacıqabuldakı yanğına qarşı geniş əməliyyat

Aysel Əlibəyli 08 İyun 2026 · 16:41 1068 baxış

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın hadisəsinin qısa müddətdə lokallaşdırılması və alovun daha geniş sahələrə yayılmasının qarşısının alınması məqsədilə ətraf rayonlardan əlavə yanğınsöndürmə texnikaları və canlı qüvvə cəlb olunub.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Hadisə günorta saatlarında Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisində yerləşən açıq sahədə qeydə alınıb. İlkin məlumata görə, kol-kos örtüyünün sıx olduğu ərazidə və istifadəyə yararsız avtomobil şinlərinin toplandığı sahədə başlayan yanğın qısa müddət ərzində genişlənərək ətraf ərazilərə yayılıb. Güclü alov nəticəsində təxminən 6 hektara yaxın ərazi yanaraq zərər görüb. Yanğının təsirindən yüksəkgərginlikli elektrik naqillərindən biri qırılıb ki, bu da vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olub.Yanğının geniş əraziyə yayılmasının qarşısını almaq və alovu nəzarət altına almaq məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul, Şirvan, Sabirabad və Salyan rayon Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyəti cəlb edilib. Operativ müdaxilə nəticəsində yanğın nəzarətə götürülüb, alovun yaxınlıqda yerləşən neft quyularına və fermer təsərrüfatlarına keçməsinin qarşısı alınıb.Hazırda ərazidə yanğının tam söndürülməsi, təhlükənin tam aradan qaldırılması və mümkün yenidən alışma riskinin qarşısının alınması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yağışlı və dolulu hava xəbərdarlığı

Next Article

Bakcell-in yeni rəhbəri bəlli oldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xəzərdə 3,9 bal gücündə zəlzələ baş verib

Elşən 04 İyun 2026 · 08:01 1122 baxış Xəzər dənizində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Elpress.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Məlumata əsasən, yerli […]

Buzovna–Bilgəh yolunda “Vita” markalı avtomobil yanıb

Aysel Əlibəyli 12 İyul 2026 · 15:38 1032 baxış Buzovna–Bilgəh avtomobil yolunda “Vita” markalı avtomobildə yanğın baş verib. Elpress.az-ın əldə etdiyi məlumata görə, avtomobil hərəkətdə olarkən qəfil alovlanıb. Hadisə zamanı nəqliyyat vasitəsində sərnişinlərin də olduğu […]

Ağdama növbəti köç karvanı çatdı

Elşən 26 May 2026 · 07:31 1096 baxış İlham Əliyevin tapşırığı əsasında işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” proqramı mərhələli şəkildə davam edir. Elpress.az-ın Azərtac -a istinadən verdiyi məlumata görə, növbəti köç mərhələsində Ağdam şəhərinə […]

İyundan bu yana qeyri-çimərlik ərazilərdə 12 nəfər boğulub

Aysel Əlibəyli 19 İyun 2026 · 11:10 1050 baxış Fövqəladə Hallar Nazirliyi (FHN) çimərlik üçün nəzərdə tutulmayan su hövzələrindən istifadə ilə bağlı əhaliyə növbəti dəfə müraciət edib. Nazirlikdən bildirilib ki, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, bəzi […]