--:--:-- | 25 Avqust 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

“Başımıza şüşələr töküldü” – Əməkdar artist avtobus qəzasının təfərrüatını açıqladı

Aysel Əlibəyli 14 İyul 2026 · 20:27 1062 baxış

Bakıda 85 və 67 saylı marşrut avtobuslarının iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

Elpress.az xəbər verir ki, qəza zamanı 85 saylı avtobusda olan Azərbaycanın Əməkdar artisti Elman Rəfiyev yaşadığı təhlükəli anlardan danışıb.

Aktyor sosial şəbəkə hesabında bildirib ki, toqquşma zamanı 67 saylı avtobusun güzgüsü 85 saylı avtobusun yan şüşəsini sındırıb və şüşə qırıntıları sərnişinlərin üzərinə tökülüb.

Elman Rəfiyevin sözlərinə görə, həmin an sınan şüşənin altında özü əyləşib:

“Şüşə mənim və yanımda oturan sərnişinlərin başına töküldü. Yaxşı ki, başımda şlyapa var idi, əks halda nəticə daha ağır ola bilərdi”.

Əməkdar artist bildirib ki, bu, ictimai nəqliyyatda baş verən ilk təhlükəli hadisə deyil. O, sürücülərin məsuliyyətsiz davranışını tənqid edərək sərnişinlərin həyatının təhlükəyə atıldığını vurğulayıb və zərərçəkənlərə təzminat ödənilməsinin vacibliyini qeyd edib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq

Next Article

İlham Əliyevin sosial media hesablarında Peter Pelleqrininin səfəri ilə bağlı paylaşım edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xocavənddə minatəmizləyən minaya düşdü

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:32 1036 baxış İşğaldan azad edilmiş Xocavənddə özəl şirkətin əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən yaralanıb Elpress.az xəbər verir ki, Xocavənd rayonu ərazisində növbəti mina incidenti qeydə alınıb. Azərbaycan Respublikasının […]

“Doğma Cəbrayıla Qayıdış Böyük Xoşbəxtlikdir”

Elşən 25 May 2026 · 08:36 1120 baxış Cəbrayıl rayonundan məcburi köçkün düşəndə cəmi 17 yaşı var idi. İllərlə doğma yurd həsrəti ilə yaşayan Ruhiyə Yadigarova bu gün, artıq 50 yaşına çatdığı bir vaxtda, böyük […]

Arayik Harutyunyan və digərlərinin cəzası dəyişdirilmədi

Aysel Əlibəyli 06 Avqust 2026 · 16:41 1022 baxış Məhkəmə qərarı quvvədə saxladı: Arayik Harutyunyan və digər separatçıların apellyasiya şikayəti təmin edilmədi Elpress.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmü […]

Xırdalanın sabiq bələdiyyə sədri məhkəmə qarşısına çıxarılır

Aysel Əlibəyli 09 İyul 2026 · 15:00 1060 baxış Xırdalan bələdiyyəsinin sabiq sədri Orxan Musayev barəsində aparılan cinayət işinin istintaqı başa çatıb və iş məhkəməyə göndərilib. Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan Respublikasının Baş […]