--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Bakıda ərini öldürən qadına 12 il həbs cəzası verilib

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 15:10 1069 baxış

Elmira Əliyeva ərini ov tüfəngi ilə qətlə yetirib meyitini evinin həyətində basdırıb

Elpress.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub. Hökmə əsasən, Elmira Əliyeva 12 il müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, hadisə 2024-cü ilin dekabrında Sabunçu qəsəbəsində baş verib. 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı ailə üzvləri dekabrın 24-də polisə müraciət ediblər.Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində Samir Əliyevin həyat yoldaşı Elmira Əliyeva tərəfindən ov silahından istifadə edilməklə öldürüldüyü müəyyənləşdirilib. Araşdırma zamanı meyitin yaşadıqları evin həyətində basdırıldığı, qəbrin üzərinə isə güllər əkildiyi məlum olub.Elmira Əliyevaya Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hövsan yolundakı sıxlığın səbəbi açıqlanıb

Next Article

Aİ Azərbaycana sülh prosesində dəstək yollarını müzakirə edir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Fransada qatar relsdən çıxıb: 44 yaralı

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:35 1046 baxış Ruan-Kan marşrutunda qatar qəzasında bir nəfərin vəziyyəti ağırdır Elpress.az xəbər verir ki, Fransada Ruan-Kan marşrutu üzrə hərəkət edən sərnişin qatarının relsdən çıxması nəticəsində 44 nəfər xəsarət […]

Balakəndə avtomobil dirəyə çırpılıb: ər-arvad xəsarət alıb

Aysel Əlibəyli 26 Avqust 2026 · 17:01 1058 baxış İdarəetməni itirən sürücü yol kənarındakı radar dirəyinə çırpılıb Elpress.az xəbər verir ki, Balakən rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində ər-arvad xəsarət alıb.Qəza Yevlax–Zaqatala–Gürcüstan sərhəd magistral […]

Binanın önündə meyit aşkarlanıb.

Aysel Əlibəyli 23 May 2026 · 22:41 1140 baxış Gəncədə yaşayış binalarından birinin qarşısında meyit aşkarlanıb. Elpress.az-ın Qafqazinfo- ya istinadən verilən məlumata görə, hadisə şəhərin Ş.İ.Xətai prospektində baş verib.1981-ci il təvəllüdlü Azər Cəfərovun meyiti binanın […]