--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Bakı–Quba yolunda ağır qəza: ölən var

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 13:22 1108 baxış

“Scania” ayırıcı səddə çırpılaraq qarşı zolağa keçib və “Ravon”un üzərinə aşıb

Elpress.az xəbər verir ki, Bakı–Quba avtomobil yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.Qəza yolun 13,5-ci kilometrliyində qeydə alınıb. İlkin məlumata görə, “Scania” markalı yük avtomobili ayırıcı sədlə toqquşduqdan sonra qarşı hərəkət zolağına çıxaraq “Ravon” markalı minik avtomobilinin üzərinə aşıb.Hadisə nəticəsində minik avtomobilində olan bir nəfər hadisə yerində həyatını itirib, digər şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.Hadisə yerinə yol polisinin əməkdaşları cəlb olunub və qəzanın səbəbləri araşdırılır.Fövqəladə Hallar Nazirliyinin xilasediciləri də hadisə yerində iş aparıb. Minik avtomobilində sıxılmış vəziyyətdə qalan şəxsin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qəza nəticəsində ümumilikdə iki nəfərin xəsarət aldığı bildirilib.Həmçinin toqquşma nəticəsində yola və əraziyə dağılan yanacaq yanğınsöndürənlər tərəfindən yuyulub və təhlükəsizlik tədbirləri görülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Masazırda ağır qəza: TIR minik avtomobilinin üzərinə aşdı – ölən var

Next Article

İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunan səfirini qəbul edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Avtobus zolağında qəza: Sürücülər qaydanı pozdu

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 11:11 1086 baxış Elpress.az xəbər verir ki, Bakıda avtobusların hərəkət etdiyi zolağa qəfil daxil olan avtomobillər qəza şəraitinin yaranmasına səbəb olub. Belə ki, bəzi sürücülərin avtobus zolağına nəzarətsiz şəkildə […]

Göyçayda yol-nəqliyyat hadisəsi: avtomobil su kanalına düşdü

Aysel Əlibəyli 30 İyun 2026 · 11:48 1239 baxış Göyçayda ağır qəza: avtomobillərdən biri su kanalına aşdı, sürücünün içəridə qaldığı ehtimal edilir Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Göyçay rayonunda iki minik avtomobilinin iştirakı ilə […]

Gəncədə ərini avtomobillə vurdu – İDDİA

Aysel Əlibəyli 26 İyul 2026 · 21:24 1104 baxış Gəncədə boşanmaq istəyən ərini avtomobillə vurduğu iddia edilən qadınla bağlı araşdırma aparılır. Elpress.az xəbər verir ki, Gəncədə avtomobillə vurulma hadisəsi baş verib. İlkin məlumata görə, 1983-cü […]