--:--:-- | 20 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

12 il əvvəlki qətldə təqsirləndirilən şəxslərə 15 il həbs istənilib

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:21 1034 baxış

Rusiyada törədildiyi bildirilən qətllə bağlı məhkəmədə dövlət ittihamçısı çıxış edib

Elpress.az xəbər verir ki, Rusiyada 2013-cü ildə törədildiyi bildirilən qətl hadisəsi ilə bağlı Azərbaycan vətəndaşları Elxan Xuduyev və Seymur Məmişovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.Məhkəmədə dövlət ittihamçısı çıxış edərək hər iki təqsirləndirilən şəxsin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baxılır. Növbəti məhkəmə iclasının sentyabrın 16-da keçirilməsi nəzərdə tutulur.İttihama əsasən, hadisə 2013-cü il iyunun 25-də Rusiyada baş verib. İstintaqın qənaətinə görə, Elxan Xuduyev və Seymur Məmişov əvvəlcədən əlbir olaraq Rusiya vətəndaşı Azaliya Asanovanı boğaraq öldürüblər. Bildirilir ki, qətl başqa ağır cinayətin gizlədilməsi məqsədilə törədilib.Cinayət işi 2024-cü ilin dekabrında Rusiya tərəfi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib və araşdırmanın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.Toplanmış sübutlar əsasında bu il martın 5-də Xuduyev və Məmişov bir qrup şəxs tərəfindən və başqa cinayəti gizlətmək məqsədilə adam öldürməkdə ittiham olunaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb ediliblər.İstintaq orqanının vəsatəti əsasında hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisini qəbul edib

Next Article

Azərbaycanlı jurnalistlər druz şəhərinə səfər ediblər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Gənc tələbə dünyasını dəyişdi

Aysel Əlibəyli 04 Avqust 2026 · 13:48 1052 baxış BMU-ya ağır itki: “Elektrik və elektronika mühəndisliyi” ixtisasının II kurs tələbəsi vaxtsız vəfat etdi Elpress.az xəbər verir ki, Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin II kurs […]

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Aysel Əlibəyli 20 İyul 2026 · 16:57 1066 baxış Serbiyada saxlanılan axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib Elpress.az xəbər verir ki, Beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı Səbuhi Məmmədov Serbiyadan ölkəmizə ekstradisiya olunub. Ədliyyə Nazirliyinin məlumatına […]

Otlaqda dincələn zaman ilan onun baş nahiyəsindən sancdı.

Aysel Əlibəyli 27 May 2026 · 23:42 1112 baxış Göyçay rayonunda ilan sancması hadisəsi qeydə alınıb. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Göyçay rayonunun Şəkər kəndi ərazisində ilan sancması hadisəsi baş verib.Belə ki, kənd sakini, […]

Cəlilabadda zəncirvari qəza baş verib

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:46 1014 baxış Qəzada ikisi azyaşlı olmaqla 3 nəfər xəsarət alıb Elpress.az xəbər verir ki, Cəlilabad rayonunda üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.Hadisə şəhərin Heydər Əliyev […]