--:--:-- | 08 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

100 min manatlıq dələduzluq edən 4 nəfərə hökm oxunub

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 16:28 1020 baxış

Məhkəmə qərarlarını dəyişdirmək vədi ilə vətəndaşları aldadan şəxslər uzunmüddətli həbs cəzası alıblar

Elpress.az xəbər verir ki, Məhkəmə qərarlarına təsir göstərmək və müxtəlif vədlərlə vətəndaşlardan külli miqdarda pul almaqda təqsirləndirilən 4 şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Rəsul Abbasov, Fəqan Həsənov, Zamin İbrahov və Bəhruz Hacıyev barəsində hökm elan olunub.Məhkəmənin qərarı ilə Rəsul Abbasov, Fəqan Həsənov və Zamin İbrahovun hər biri 7 il, Bəhruz Hacıyevin isə 5 il müddətinə azadlıqdan məhrum edilməsi müəyyənləşdirilib.Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham olunublar.İttihama əsasən, onlar Ədliyyə Nazirliyi, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsində yüksək vəzifələrdə çalışan qohum və tanışlarının olduğunu bildirərək müxtəlif şəxslərdən pul alıblar.Təqsirləndirilən şəxslər həbsdə olan şəxslərin cinayət məsuliyyətindən azad edilməsinə, bu mümkün olmadıqda isə onların daha yüngül cəza almasına kömək göstərə biləcəklərini vəd ediblər.Bu vədlərdən istifadə etməklə ayrı-ayrı şəxslərdən ümumilikdə 100 min manat pul ələ keçirildiyi bildirilir.Məlumata görə, zərərçəkmişlərdən yalnız birinə dəymiş ziyanın 6 min manatı ödənilib. Digər zərərçəkmişlərə isə hər hansı ödəniş edilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AMB investisiya şirkətinin vəzifəli şəxsinə 500 manat cərimə kəsib

Next Article

Şagirdlərin elektron yerdəyişməsi dayandırılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qaradağda dəhşətli qəza

Aysel Əlibəyli 11 İyul 2026 · 20:27 1064 baxış Bakının Qaradağ rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Elpress.az xəbər verir ki , Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində ağır yol qəzası baş verib. İlkin […]

Azyaşlı uşaq son anda qəzadan xilas oldu

Aysel Əlibəyli 21 İyul 2026 · 14:41 1052 baxış Velosipedlə qəfil yola çıxan azyaşlı sürücünün diqqəti sayəsində ölümlə nəticələnə biləcək qəzadan xilas olub. Elpress.az xəbər verir ki, Sosial şəbəkələrdə yayılan görüntülərdə azyaşlı uşağın velosipedlə qəfil […]

kənddə kanala düşərək boğuldu

Aysel Əlibəyli 12 İyun 2026 · 19:28 1098 baxış Beyləqanda 65 yaşlı kişi kanalda boğularaq həyatını itirib. Hadisə Yuxarı Qarabağ kanalının Beyləqan rayonunun Eyvazallar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, Milabad kənd sakini, […]