--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Xarici qonaqlar Şuşadakı yeni Qarabağ küçəsi ilə tanış oldular

Aysel Əlibəyli 12 İyul 2026 · 22:08 1110 baxış

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Şuşada yeni salınan Qarabağ küçəsinə səfər edərək burada həyata keçirilən layihələrlə tanış olublar.

Elpress.az xəbər verir ki, IV Şuşa Qlobal Media Forumu çərçivəsində Azərbaycana gələn xarici qonaqlar Şuşada yeni inşa edilən Qarabağ küçəsinə baş çəkiblər.Qonaqlara küçədə görülən tikinti və abadlıq işləri, eləcə də yaradılmış müasir infrastruktur haqqında ətraflı məlumat verilib.Xatırladılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələrlə tanış olub.Bildirilib ki, sözügedən küçədə yerli investorlar tərəfindən dövlət-özəl tərəfdaşlığı əsasında müxtəlif təyinatlı 10 bina inşa edilib. Bu binalar arasında mehmanxana, apart-hotel, ofis və iaşə obyektləri yer alır.Qeyd olunub ki, tikinti işləri zamanı yüksək keyfiyyət standartları ilə yanaşı, binaların Şuşanın tarixi-memarlıq üslubuna uyğunluğuna da xüsusi diqqət yetirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hazal Kaya və Ali Atay Amsterdamda yeni həyata başlayırlar

Next Article

Kəlbəcərdə yeniyetmə çaya düşdü, axtarışlara başlanıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda daha bir yolda təmir işləri başlayır

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:53 1050 baxış Heydər Əliyev prospekti ilə 7-ci Köndələn küçəsinin kəsişməsində hərəkət məhdudlaşdırıla bilər Elpress.az xəbər verir ki, Bakının bir sıra ərazilərində yol təmiri işləri davam etdirilir.Azərbaycan Avtomobil Yolları […]

9-cu sinif təkrar imtahanlarının nəticələri açıqlandı

Aysel Əlibəyli 30 İyun 2026 · 18:16 1092 baxış Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 9 illik orta təhsil səviyyəsi üzrə təkrar imtahanların nəticələri artıq elan olunub. İmtahanda iştirak edən şagirdlər öz nəticələri ilə müəyyən edilmiş […]