--:--:-- | 17 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Sea Breeze-ə yeni ekspres marşrut istifadəyə verilir

Aysel Əlibəyli 17 İyul 2026 · 16:03 1114 baxış

AYNA “Koroğlu” ilə Sea Breeze arasında 150E ekspres marşrutunu bərpa edir

Elpress.az xəbər verir ki , Yay mövsümündə çimərlik istiqamətində sərnişin sıxlığının artması nəzərə alınaraq paytaxtda yeni ekspres avtobus marşrutu fəaliyyətə başlayacaq.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, iyulun 18-dən 150E nömrəli ekspres marşrut yenidən istifadəyə veriləcək. Marşrut “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə Sea Breeze istirahət mərkəzi arasında sərnişin daşımalarını həyata keçirəcək.Bildirilib ki, avtobuslar şənbə və bazar günləri metronun “Koroğlu” stansiyasının cənub çıxışından (“Piramida” tərəf) hərəkət edəcək. Marşrut üzrə Heydər Əliyev prospekti, Bakı Ekspo Mərkəzi, Mərdəkan prospekti, Qala yolu, Buzovna, Bilgəh Kardioloji Sanatoriyası, Bilgəh-Pirşağı yolu, Sea Breeze 1 və Sea Breeze 2 dayanacaqlarında sərnişinlərin minib-düşməsi təmin olunacaq.Böyüktutumlu avtobuslar hər gün 07:00-dan 22:00-dək 30 dəqiqəlik intervalla xidmət göstərəcək. Gedişhaqqı 0,90 manat təşkil edir və ödəniş yalnız nağdsız qaydada qəbul olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sürücülər üçün vacib qayda: Sağdan ötmək nə zaman mümkündür?

Next Article

Dünya çempionatının final biletləri rekord qırdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

TƏBİB-də bir sıra vəzifələr üzrə dəyişiklik edilib

Aysel Əlibəyli 17 Avqust 2026 · 18:55 1080 baxış Elpress.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) struktur və kadr dəyişiklikləri aparılıb. Məlumata görə, TƏBİB-in İcraçı direktoru Anar Bayramov bununla bağlı müvafiq əmrlər […]

Naxçıvanın Əməkdar jurnalisti Məhəbbət Mirzəyeva vəfat edib

Aysel Əlibəyli 11 Oktyabr 2026 · 16:33 1060 baxış Uzun illər mətbuat sahəsində çalışan, “Şərq qapısı” qəzetinin məsul katibi Məhəbbət Mirzəyeva dünyasını dəyişib. Elpress.az xəbər verir ki, bu barədə “Report” məlumat yayıb. Məhəbbət Mirzəyeva jurnalistikadakı […]