--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Kimlər Günəşdən qorunmalıdır?

Aysel Əlibəyli 31 İyul 2026 · 12:39 1108 baxış

Mütəxəssis xəbərdarlıq etdi: bu şəxslər Günəş şüalarından uzaq durmalıdır

Elpress.az xəbər verir ki, Günəş işığının insan orqanizmi üçün bir sıra faydaları olsa da, bəzi şəxslər üçün onun təsiri arzuolunmaz nəticələrə səbəb ola bilər.Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevti Sevinc İbadovanın sözlərinə görə, Günəş şüaları dəridə D vitamininin yaranmasını stimullaşdırır, sümük sağlamlığını və immun sistemini dəstəkləyir. Günəş işığının serotonin səviyyəsinə təsiri isə əhval-ruhiyyənin yaxşılaşmasına kömək edə bilər.Bununla belə, dəri xərçəngi və ya iltihabi dəri xəstəlikləri olan şəxslərə Günəş şüalarından qorunmaq tövsiyə edilir. Açıq çəhrayı dəriyə sahib insanlar da ultrabənövşəyi şüalara daha həssas olduqları üçün günəş altında keçirdikləri vaxta diqqət etməlidirlər.Mütəxəssis həmçinin bəzi insanlarda Günəş şüalarına qarşı allergik reaksiyaların yarana biləcəyini bildirib. Belə hallarda dəridə qızartı və qaşınma kimi əlamətlər müşahidə oluna bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qubada almanın qiyməti kəskin düşdü

Next Article

İlham Əliyev: Mərkəzi Asiya ilə əlaqələr prioritetdir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakının bu 14 yolunda sıxlıq var – sürücülərin diqqətinə!

Aysel Əlibəyli 26 Oktyabr 2026 · 08:44 1138 baxış Paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Sürücülərə marşrutlarını əvvəlcədən planlaşdırmaq və yollarda diqqətli olmaq tövsiyə edilir. Elpress.az xəbər verir ki, Nəqliyyatı İntellektual […]

Pensiya yaşı ilə bağlı iddialara aydınlıq gətirildi

Aysel Əlibəyli 28 İyul 2026 · 13:42 1096 baxış Deputat: Pensiya yaşının artırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir Elpress.az xəbər verir ki, Azərbaycanda pensiya yaşının artırılacağı barədə yayılan iddialara Milli Məclisin İnsan hüquqları […]