--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə başlayır

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 09:28 1097 baxış

Elpress.az xəbər verir ki, bu il Azərbaycanda 125 mindən çox uşaq ilk dəfə məktəbə qədəm qoyaraq təhsil həyatının yeni mərhələsinə başlayacaq.


Bunu elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü münasibətilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən 21 nömrəli tam orta məktəbdə çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, 125 mindən çox uşağın birinci sinfə başlaması onlar üçün həyatlarının yeni mərhələsinin başlanması deməkdir. Onun sözlərinə görə, məktəb illərində əldə olunan bilik və təcrübənin insan həyatında xüsusi əhəmiyyəti var.
Emin Əmrullayev şagirdlərin qarşısında duran əsas vəzifələrdən də danışıb. O vurğulayıb ki, uşaqlar yaxşı şagird olmaqla yanaşı, yaxşı insan kimi formalaşmağa da çalışmalıdırlar.
Nazir yeni tədris ilinin başlanması münasibətilə müəllimlərə uğurlar arzulayıb, valideynləri də təbrik edib.
Emin Əmrullayev valideynlərin tədris prosesində müəllimlərlə əməkdaşlıq etməsinin vacibliyini qeyd edərək, birgə fəaliyyətin daha böyük nəticələrə gətirib çıxara biləcəyini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Neftçi” Elvin Camalovla yollarını ayırıb

Next Article

Bakıda 18 istiqamətdə sıxlıq yaranıb – yolların siyahısı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakı Metropolitenində yeni təyinatlar olub

Aysel Əlibəyli 22 Oktyabr 2026 · 15:26 1114 baxış “Bakı Metropoliteni” QSC-də rəhbər heyətdə kadr dəyişiklikləri həyata keçirilib. Elpress.az xəbər verir ki, Zaur Nağıyev qurumun İdarə Heyəti sədrinin müavini, İlham Axundov və Kənan Cəfərov isə […]

Təhsil haqqını ödəyə bilməyənlərin sayı 43% artdı

Aysel Əlibəyli 05 Avqust 2026 · 13:56 1094 baxış Tələbələr arasında xaric olunma göstəricisi yüksəlib: Son 4 ildə təhsil haqqını ödəyə bilməyənlərin sayı 43 faiz artıb Elpress.az xəbər verir ki, 2025-ci ildə ümumilikdə 12 969 […]