--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Avqustun 3-də temperatur 39 dərəcəyə çatacaq

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:39 1090 baxış

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində gözlənilən isti hava şəraiti ilə bağlı məlumat yayıb

Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin təqdim etdiyi hava proqnozuna əsasən, avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Yarımadada mülayim şimal-qərb küləyi gündüz saatlarında şimal-şərq küləyi ilə əvəzlənəcək. Paytaxtda havanın temperaturu gecə 22–25°, gündüz isə 30–35° isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gündüz 45–50% civarında olacaq.​Ölkənin rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq bölgələrdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimal edilir. Aran rayonlarında havanın maksimal temperaturu gündüz 34–39° isti, dağlıq ərazilərdə isə 23–28° isti təşkil edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Belqoroda PUA hücumu: 3 ölü, 3 yaralı

Next Article

Dövlət Baxçalı: Elm və texnologiya TDT-nin prioritetidir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Media və Yayım Şurasından informasiya hücumları ilə bağlı açıqlama

Aysel Əlibəyli 14 Oktyabr 2026 · 10:52 1132 baxış Azərbaycanın sosial media məkanında ölkəyə qarşı koordinasiyalı informasiya kampaniyalarının aparıldığı bildirilir. Elpress.az xəbər verir ki, Media və Yayım Şurası İran və Türkiyədən, xüsusilə “Telegram”, “TikTok” və […]

Diyarbəkirdəki görüntülərlə bağlı yayılan iddia təkzib olunub

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 15:55 1104 baxış İranın “Sahar Azəri” telekanalının Diyarbəkirdə çəkilmiş görüntüləri Azərbaycanla əlaqələndirərək təqdim etdiyi iddia mübahisə doğurub. Kadrların əslində başqa məqsədlə təşkil olunan tədbirə aid olduğu bildirilir. Elpress.az xəbər […]

18 aptekdə nöqsan – inzibati protokollar tərtib edilib

Aysel Əlibəyli 02 İyun 2026 · 11:16 1216 baxış 2026-cı ilin may ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ölkə üzrə ümumilikdə 56 aptekdə genişmiqyaslı yoxlama aparılıb və fəaliyyət göstərən əczaçılıq müəssisələrinin normativ tələblərə uyğunluğu […]